--:--:-- | 13 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Rusiya ərazisində strateji obyektlərə zərbələr

Aysel Əlibəyli 04 İyun 2026 · 18:49 89 baxış

Ukrayna Müdafiə Qüvvələri Krım yarımadasında Rusiyanın sərhəd nəzarət gəmisinə qarşı əməliyyat həyata keçirib, eyni zamanda işğal olunmuş bölgələrdəki obyektləri və Rusiya ərazisində yerləşən barıt zavodu ilə anbarları vurub.

Elpress.az-ın məlumatına əsasən, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində yaydığı məlumatda bildirilib ki, Ukrayna Müdafiə Qüvvələri bir sıra istiqamətlərdə Rusiyanın hərbi və sənaye infrastrukturuna zərbələr endirib.Məlumata əsasən, Xarkov vilayətinin Novoeqorovka yaşayış məntəqəsi yaxınlığında rus qüvvələrinə məxsus silah və hərbi texnikanın cəmləşdiyi məntəqə, həmçinin Donetsk vilayətinin Oçeretin bölgəsində yerləşən idarəetmə məntəqəsi hədəfə alınıb. Eyni zamanda, Donetsk vilayətinin Qrintal rayonu yaxınlığında sursat anbarı, Krımın Simferopol şəhəri və Zaporojye vilayətinin Melitopol şəhərində yerləşən yanacaq-sürtkü materialları anbarları vurulub.Bundan başqa, Ryazan vilayətində yerləşən “Qefest-M” MMC-nin filialı olan “Elastik” barıt zavodunun ərazisinə zərbə endirildiyi, nəticədə təxminən 400 kvadratmetr sahədə yanğın baş verdiyi qeyd olunub.Baş Qərargahın əlavə təhlillərinə əsasən, Sankt-Peterburqda yerləşən neft terminalında bir rezervuarın tam məhv edildiyi, altı rezervuar və iki texniki estakadada isə ciddi zədələnmələrin qeydə alındığı bildirilib.Həmçinin Rusiyanın Tambov vilayətində yerləşən Miçurinsk “Proqress” zavodunda, yüksək dəqiqlikli silah komponentlərinin istehsal olunduğu anbarda 200 kvadratmetrdən çox sahəni əhatə edən yanğın baş verdiyi təsdiqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bəzi məktəblərdə sabah distant təhsil olacaq

Next Article

Biləsuvarda yol-nəqliyyat hadisəsi qeydə alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Trampa Tayvanla bağlı xəbərdarlıq

Aysel Əlibəyli 14 May 2026 · 11:41 30 baxış Çinin Si Cinpin Pekin sammitində Trampa Tayvanla bağlı xəbərdarlıq etdi Elpress.az-ın məlumatına əsasən XI Jinping Pekində keçirilən sammit zamanı Donald Trumpa Tayvan məsələsi ilə bağlı ciddi […]

Benjamin Netanyahu: “İran nüvə silahına sahib olmayacaq”

Aysel Əlibəyli 08 İyun 2026 · 19:49 30 baxış “İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyimə yenidən söz verirəm.” Benjamin Netanyahu İranla artan gərginlik fonunda çıxış edərək bildirib ki, İranın nüvə silahı əldə etməsinə qətiyyən […]