“NYT”: Ukrayna limanlarına hücumlar dünya ərzaq tədarükündə problemlər yarada bilər
Elpress.az xəbər verir ki, Rusiyanın Ukraynanın Odessa limanı və ətrafındakı ərazilərə endirdiyi zərbələr qlobal ərzaq tədarükü ilə bağlı narahatlıqları artırıb.“The New York Times” yazır ki, taxıl daşıyan gəmilərə qarşı hücumlar Ukraynanın dəniz yolu ilə ixrac imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Bu isə dünyanın əsas buğda, qarğıdalı və arpa istehsalçılarından biri olan Ukraynanın məhsullarının beynəlxalq bazarlara çatdırılmasına maneə yarada bilər.Qəzetin məlumatına görə, hücumların məhsul yığım mövsümünə təsadüf etməsi vəziyyəti daha da mürəkkəbləşdirir. 2022-ci ildə Ukrayna limanlarının blokadaya alınması nəticəsində dünya ərzaq qiymətləri kəskin yüksəlmiş və milyonlarla insan ərzaq çatışmazlığı riski ilə üzləşmişdi.



