Mozambikdə polis və yerli sakinlər arasında baş verən toqquşmada 4 polis yaralanıb
Elpress.az xəbər verir ki, Mozambikin Nampula əyalətinin Larde rayonunda polis əməkdaşları ilə yerli sakinlər arasında toqquşma baş verib. Hadisə zamanı sakinlər polisə daş və müxtəlif əşyalarla hücum ediblər.
Məlumata görə, qarşıdurma nəticəsində azı 4 polis əməkdaşı xəsarət alıb. Yaralananlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


