--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Konqoda Ebola epidemiyası: minlərlə yoluxma və ölüm qeydə alınıb

Aysel Əlibəyli 11 Oktyabr 2026 · 18:30 1034 baxış

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması davam edir. Xəstəlik ölkənin bir neçə bölgəsini əhatə edib, Keniyada da virusla bağlı yoluxma faktı təsdiqlənib.

Elpress.az xəbər verir ki, “Al Jazeera”nın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən yaydığı məlumata görə, oktyabrın 6-dək Konqoda 8 728 yoluxma və 4 205 ölüm faktı qeydə alınıb.

Virus ölkənin yeddi əyalətində 64 səhiyyə zonasına yayılıb. Şimali Kivu əyalətinin Alimbongo bölgəsində ilk dəfə dörd yoluxma aşkarlanıb, onlardan ikisi həyatını itirib.

Keniyada da xaricdən gələn şəxsdə Ebola virusu təsdiqlənib. Konqoda yaşayan Keniya vətəndaşı Uqanda üzərindən Nayrobiyə səfər edib və oktyabrın 5-də vəfat edib. Keniya rəsmiləri onunla təmasda olmuş 28 nəfəri müəyyənləşdirib. Həmin şəxsin olduğu təyyarənin sərnişinləri və ekipaj üzvləri ilə bağlı da araşdırma aparılır.

“Sərhədsiz Həkimlər” təşkilatı Konqodakı müalicə mərkəzlərində çarpayı çatışmazlığının yarandığını bildirib. ÜST isə epidemiyanın qarşısını almaq üçün yoluxmuş şəxslərlə təmasda olanların vaxtında müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, söhbət Bundibugyo virusundan gedirsə, bu növ Ebola virusuna qarşı təsdiqlənmiş peyvənd və xüsusi müalicə vasitəsi yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Magistral yollarda görünüş məsafəsi azalacaq

Next Article

Kambocanın Baş naziri Hun Manet Azərbaycana səfərə gəlib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Britaniyada sərnişin qatarı relsdən çıxıb

Aysel Əlibəyli 13 Avqust 2026 · 20:59 1060 baxış Şərqi Susseksdə baş verən qatar qəzası ilə bağlı əraziyə xilasedicilər cəlb olunub Elpress.az xəbər verir ki, İngiltərənin Şərqi Susseks qraflığında sərnişin qatarı relsdən çıxıb.Hadisə Lyuis şəhəri […]

“Qızıl mədənində faciə: Ölənlər var”

Aysel Əlibəyli 24 May 2026 · 21:38 1173 baxış Anqolada şimal-qərb bölgəsindəki qeyri-qanuni qızıl şaxtasında baş verən torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub. Bu barədə Anqola İnformasiya Agentliyi Benqo vilayətinin yerli hakimiyyət orqanlarına […]

İsrail və “Hizbullah” arasında atəşkəs əldə olundu

Aysel Əlibəyli 19 İyun 2026 · 18:52 1116 baxış İsrail və Hezbollah arasında atəşkəs razılaşmasının əldə olunduğu bildirilir. Elpress.az xəbər verir ki, Almaniyanın Der Spiegel nəşri mənbələrə istinadən ABŞ və Qətərin vasitəçiliyi ilə imzalanan sazişin […]