Bakının Nardaran qəsəbəsində 130 saylı məktəbin qarşısında bir qrup şəxsin dini məzmunlu şüarlar səsləndirdiyi bildirilir.
Elpress.az xəbər verir ki, “Ölkə.az”ın yaydığı məlumata görə, hadisə məktəblərdə vahid geyim forması ilə bağlı müzakirələr fonunda baş verib.
Yayılan görüntülərdə toplaşan şəxslərin “İmam Zaman, sənə sadiq əsgərik” ifadəsini səsləndirdiyi görünür.
Hadisənin məqsədi və iştirakçıların mövqeyi barədə təqdim olunan məlumatda rəsmi açıqlama yer almayıb.


