Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 11-də Azərbaycana rəsmi səfərə gəlib.
Elpress.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın qarşılanması mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı hava limanında Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Hun Maneti və həyat yoldaşı Piç Çanmonini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.


