--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

KİV: Qara dənizdə hücumlar dəniz daşımalarına ciddi təsir göstərib

Aysel Əlibəyli 07 Avqust 2026 · 08:20 1074 baxış

Rusiyanın Qara dənizdə mülki gəmilər və liman infrastrukturuna endirdiyi zərbələrin bölgədə dəniz nəqliyyatına ciddi təsir göstərdiyi iddia olunur.

Elpress.az xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” jurnalı məlumat yayıb.Nəşrin yazdığına görə, vəziyyət yeni ixrac mövsümünə qədər dəyişməzsə, bu, qlobal ərzaq bazarında ciddi problemlər yarada bilər. Bildirilir ki, dəniz dəhlizi formal olaraq açıq qalsa da, raket və pilotsuz uçuş aparatları ilə hücum riski səbəbindən bir çox gəmi sahibi marşrutdan istifadə etməkdən çəkinir.Məlumata əsasən, Ukrayna tərəfi iyul ayı ərzində Rusiya tərəfindən limanlarda və dənizdə ümumilikdə 57 Ukrayna və xarici ticarət gəmisinə zərbə endirildiyini bildirib. Nəticədə taxıl ixracının təxminən üç dəfə azaldığı, dəniz daşımalarının qiymətinin isə demək olar ki, iki dəfə artdığı qeyd olunur.Jurnal vurğulayır ki, Qara dəniz limanları Ukraynanın əsas ixrac marşrutlarından biridir. Kənd təsərrüfatı məhsullarının böyük hissəsi, eləcə də metallurgiya və dağ-mədən sənayesi məhsulları məhz bu limanlar vasitəsilə dünya bazarına çıxarılır.

Ukraynanın Kənd Təsərrüfatı Nazirliyinin qiymətləndirməsinə görə, 2026-cı ildə ixrac gəlirlərində birbaşa itkilərin 1,5–3 milyard ABŞ dolları arasında olacağı proqnozlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Araşdırma: Çöldə yaşayan pişiyi ev mühitinə öyrətmək zənn edildiyindən daha asandır

Next Article

Bu gün bəzi ərazilərdə elektrik enerjisi məhdudlaşdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cənubi Avropada 50 dərəcə isti gözlənilir

Aysel Əlibəyli 20 İyul 2026 · 17:17 1134 baxış Cənubi Avropa güclü istilik dalğası ilə üz-üzə qala bilər Elpress.az xəbər verir ki, Sinoptiklər yaxın həftələrdə Cənubi Avropada yay mövsümünün ən güclü istilik dalğalarından birinin yaşana […]

Buçaya hücumda ölənlərin sayı 37-yə yüksəlib

Aysel Əlibəyli 29 Avqust 2026 · 15:54 1052 baxış Rusiya zərbələri nəticəsində 42 nəfərin yaralandığı, onlarla binaya ziyan dəydiyi bildirilir Elpress.az xəbər verir ki, Rusiyanın Ukraynanın Kiyev vilayətinin Buça rayonuna həyata keçirdiyi hücum nəticəsində ölənlərin […]

Hörmüz boğazında yeni dəniz dəhlizi yaradılacaq

Aysel Əlibəyli 25 Avqust 2026 · 21:45 1056 baxış İran və Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizinin yaradılması barədə razılığa gəlib. Elpress.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, iki ölkənin xarici işlər […]

İran rəsmisindən region ölkələrinə xəbərdarlıq

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:41 1068 baxış Məhəmməd Moxbar: İranın hava nəqliyyatına maneə yaradılarsa, region da təsirlənəcək Elpress.az xəbər verir ki, İranın Ali Liderinin müşaviri Məhəmməd Moxbar region ölkələrinə hava nəqliyyatı sahəsində yaranan […]