--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bu gün bəzi ərazilərdə elektrik enerjisi məhdudlaşdırılacaq

Aysel Əlibəyli 07 Avqust 2026 · 08:27 1072 baxış

Elektrik şəbəkəsində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar avqustun 7-də Bakının bəzi ərazilərində və bir neçə rayonda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Elpress.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən Abbas Səhhət, Aşıq Qurban, Marat Əmirxanov, İsgəndər Aznaurov, Rəşid Bağırov, Zakir Yusifov və Oqtay Vəliyev küçələrinin bir hissəsində saat 09:00-dan 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Nərimanov rayonunda Yusif Vəzir Çəmənzəminli, Maqsud Əlizadə, Xan Şuşinski küçələrində, həmçinin Koroğlu Rəhimov və Aşıq Alı küçələrinin kəsişməsində yerləşən yaşayış ərazisində elektrik enerjisinin verilişi 09:00–13:00 saatlarında dayandırılacaq.

Suraxanı rayonunun Hövsan qəsəbəsində İlqar Əhlimanov küçəsinin bir hissəsində isə planlı fasilə 10:00–13:00 saatlarını əhatə edəcək.

Bundan başqa, Mingəçevir şəhərində, eləcə də Biləsuvar rayonunun bir sıra kənd və yaşayış məntəqələrində müxtəlif saatlarda elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq.

“Azərişıq” bildirib ki, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

KİV: Qara dənizdə hücumlar dəniz daşımalarına ciddi təsir göstərib

Next Article

Dünyanın ən təhlükəli və girişə qadağan olunmuş məkanları

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının 5 əsas yolunda sıxlıq müşahidə olunur – SİYAHI

Aysel Əlibəyli 17 Avqust 2026 · 08:29 1044 baxış Bakının bir sıra küçə və prospektlərində hazırda nəqliyyat sıxlığı yaranıb. Elpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda […]