--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Husilər Səudiyyə Ərəbistanına hücum edib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:37 1054 baxış

Enerji obyektlərində yanğınlar baş verib, 73 nəfərin yaralandığı bildirilir

Elpress.az xəbər verir ki, Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən bir sıra enerji və iqtisadi obyektlərə hücumlar həyata keçirib.Sentyabrın 8-də səhər saatlarında baş verən hücumlar nəticəsində bəzi obyektlərdə yanğınlar qeydə alınıb və onların fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Xüsusi xidmətlər və operativ qruplar yanğınların söndürülməsi, obyektlərin təhlükəsizliyinin təmin edilməsi və ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görür.Hücumlar nəticəsində yaralananların olduğu açıqlanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü general Turki əl-Maliki bildirib ki, Əbhə, Xamis Muşayt, Cazan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərin hədəfə alınması nəticəsində qadın və uşaqların da daxil olduğu 73 mülki şəxs yaralanıb.Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi hücumları pisləyərək, Qırmızı dənizdə ticarət gəmilərinə qarşı davam edən hücumların beynəlxalq dəniz daşımalarının təhlükəsizliyinə və azadlığına ciddi təhdid yaratdığını bildirib.Səudiyyə Ərəbistanı hakimiyyəti ölkənin suverenliyinin və əhalinin təhlükəsizliyinin qorunması üçün lazımi tədbirlərin görüləcəyini açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Gənclik Mall”da xəbərdarlıq sistemi işə düşüb

Next Article

Bakıda beynəlxalq etik haker konfransı keçiriləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qazaxıstan nefti daşıyan tankerlərə dron hücumu

Aysel Əlibəyli 19 İyul 2026 · 17:31 1150 baxış Qazaxıstan nefti daşıyan iki tanker PUA hücumuna məruz qaldı Elpress.az xəbər verir ki, Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalında Qazaxıstan nefti daşıyan iki tanker pilotsuz uçuş […]

Kipr NATO hədəfini açıqladı

Aysel Əlibəyli 15 İyul 2026 · 18:33 1090 baxış Cənubi Kipr Prezidenti NATO-ya üzvlüyün ölkənin əsas məqsədlərindən biri olduğunu bəyan edib Elpress.az xəbər verir ki , Cənubi Kipr NATO-ya üzvlük istiqamətində hazırlıq işlərini davam etdirir. […]

Nikol Paşinyan ABŞ-a gedib

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 09:47 1100 baxış Ermənistan Baş naziri BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək Elpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfər edib.Səfər çərçivəsində Paşinyanın Nyu-Yorkda keçirilən […]

Trampdan 60 ölkəyə yeni rüsum

Aysel Əlibəyli 24 İyul 2026 · 12:01 1068 baxış ABŞ 60 ticarət tərəfdaşından idxal olunan mallara yeni gömrük rüsumları tətbiq edib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası məcburi əməyə qarşı tədbirlərin kifayət […]