--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

ABŞ Belarusun iki şirkətinə qarşı sanksiyaları aradan qaldıracaq

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 14:54 1078 baxış

Minsk 25 məhbusu azad edəcək, Vaşinqton iki şirkətə tətbiq olunan sanksiyaları götürəcək

Elpress.az xəbər verir ki, ABŞ və Belarus arasında aparılan danışıqlar nəticəsində aralıq razılaşma əldə olunub.ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koulun sözlərinə görə, xoşməramlı jest olaraq Belarus 25 məhbusu azad edəcək. ABŞ isə “Lakokraska” və “Bellesbumprom” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldıracaq.Koul bildirib ki, tərəflər qalan məsələlərin həlli istiqamətində danışıqları davam etdirəcəklər. Onun sözlərinə görə, bütün məsələlər razılaşdırıldıqdan sonra əlavə şəxslərin azad edilməsi və Belarus şirkətlərinə qarşı digər sanksiyaların aradan qaldırılması məsələsinə baxılacaq.ABŞ prezidentinin xüsusi nümayəndəsi Minskdə keçirilən danışıqları “çox məhsuldar” adlandırıb və Belarus tərəfinə, o cümlədən Prezident Aleksandr Lukaşenkoya təşəkkür edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

2027-ci il Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

Next Article

Aİ Orta Dəhlizə 12 milyard avroyadək investisiya cəlb edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Uitkoff: Tramp Ukraynada davamlı sülhə nail olmaq istəyir

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 21:19 1094 baxış ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin başa çatdırılması və uzunmüddətli sülh razılaşmasının əldə olunması istiqamətində səylərini davam etdirir. Elpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin […]

Tramp və Zelenskinin Vaşinqton görüşü gözlənilir

Aysel Əlibəyli 25 İyul 2026 · 00:55 1098 baxış ABŞ prezidenti Donald Trampın gələn həftə Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır. Elpress.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmisinə istinadən “Reuters” məlumat […]

CENTCOM SEPAH-ın iddiasını təkzib etdi

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:39 1070 baxış ABŞ Mərkəzi Komandanlığı: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib Elpress.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının cənub hissəsində supertankerin minaya düşması ilə […]