--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Hindistan viza şərtlərini sərtləşdirdi

Aysel Əlibəyli 02 İyun 2026 · 11:49 1221 baxış

Hindistan hökumətindən viza qaydalarına sərtləşdirici dəyişiklik

Elspress.az-ın məlumatına əsasən, Hindistan Daxili İşlər Nazirliyi ölkədə viza qaydalarına yeni sərtləşdirilmiş dəyişikliklər tətbiq edib. Bildirilib ki, 180 gündən artıq ölkədə qalmaq istəyən əcnəbilərə bu imkan yalnız “müstəsna hallar” çərçivəsində və xüsusi icazə əsasında veriləcək.Yeni qaydalara əsasən, 180 gün və ya daha qısa müddətli viza ilə Hindistana daxil olan şəxslər qalma müddətini uzatmaq istədikdə, viza müddəti bitməmişdən əvvəl mütləq şəkildə müvafiq qeydiyyat prosedurunu tamamlamalıdırlar. Əvvəlki qaydalarla müqayisədə isə daha sərt yanaşma tətbiq edilib — belə ki, əvvəllər uzadılma müraciətləri viza müddəti bitdikdən sonra 14 gün ərzində də qəbul olunurdu.Qaydaların ən diqqətçəkən məqamı isə “müstəsna hallar” anlayışının dəqiq izahının verilməməsidir ki, bu da tətbiq prosesində daha sərt və selektiv qərarların qəbul olunacağı ehtimalını artırır.Rəsmi açıqlamaya görə, bu dəyişikliklərin əsas məqsədi ölkədə xarici vətəndaşların qeydiyyat sistemini gücləndirmək, miqrasiya nəzarətini təkmilləşdirmək və ümumi təhlükəsizlik prosedurlarını daha effektiv idarə etməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan–Qırğızıstan iş birliyində yeni mərhələ

Next Article

Qızıl zirvədədir: qeyri-neft ixracının əsas məhsulları məlum oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kreml kiberhücum ittihamlarını rədd etdi

Aysel Əlibəyli 14 İyul 2026 · 14:05 1088 baxış Kreml Böyük Britaniya və Avropa İttifaqının Rusiyaya qarşı irəli sürdüyü kiberhücum ittihamlarını əsassız adlandırıb. Elpress.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya […]

Tarixin ən ölümcül fırtınası

Aysel Əlibəyli 07 Avqust 2026 · 08:53 1062 baxış 1970-ci ilin dəhşətli Bholası: 500 minə yaxın insanın ölümünə səbəb olan və Banqladeşin müstəqilliyinə yol açan təbii fəlakət Elpress.az xəbər verir ki, 1970-ci ilin noyabr ayında […]

İtaliyada 6 milyon avroluq kakao daşıyan Türk TIR-ı qarət edildi

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 10:24 1086 baxış Elpress.az xəbər verir ki, Antalya mərkəzli logistika şirkətinə məxsus, təxminən 6 milyon avro dəyərində kakao daşıyan Türk TIR-ı İtaliyanın Bari şəhəri yaxınlığında silahlı şəxslərin hücumuna məruz […]