--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Günəş tutulması Avropada elektrik enerjisi istehsalını azaldacaq

Aysel Əlibəyli 11 Avqust 2026 · 11:36 1026 baxış

Elpress.az xəbər verir ki, avqustun 12-də baş verəcək Günəş tutulması Avropada günəş enerjisi istehsalının müvəqqəti azalmasına səbəb olacaq.

Ayın Günəşin qarşısından keçməsi nəticəsində fotovoltaik elektrik enerjisi istehsalında əhəmiyyətli azalma gözlənilir. Açıq hava şəraitində Avropada günəş enerjisi istehsalının 9,7 QVt-a qədər azalacağı proqnozlaşdırılır.

Mütəxəssislərin hesablamalarına görə, bu dəyişiklik elektrik enerjisi sistemində qısa müddətli, lakin əvvəlcədən proqnozlaşdırılan azalma yaradacaq.Günəş tutulmasının təsirinin xüsusilə İspaniya və Almaniyada daha çox hiss olunacağı gözlənilir.

Elektrik ötürücü sistem operatorlarının isə mümkün dəyişikliklərə qarşı qabaqlayıcı tədbirlər gördüyü bildirilir.

Məlumata görə, enerji istehsalındakı dəyişiklik Bakı vaxtı ilə saat 21:15-dən 23:30-dək müşahidə oluna bilər.Qeyd edək ki, avqustun 12-də baş verəcək Günəş tutulması Azərbaycandan müşahidə olunmayacaq. Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, tutulma Bakı vaxtı ilə saat 19:34-də başlayacaq, maksimum faza saat 21:46-da çatacaq və 23:57-də başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda qonaq evlərinə yeni dəstək mexanizmləri yaradılacaq

Next Article

Azərbaycanda “Limitless Drive” layihəsi çərçivəsində 30 min kilometrlik sürüş testi başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hörmüz boğazında yeni dəniz dəhlizi yaradılacaq

Aysel Əlibəyli 25 Avqust 2026 · 21:45 1022 baxış İran və Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizinin yaradılması barədə razılığa gəlib. Elpress.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, iki ölkənin xarici işlər […]

Litvada dron təhlükəsinə görə sığınacaqlar 24 saat işləyəcək

Elşən 20 May 2026 · 21:10 1108 baxış Litvada təhlükəsizlik tədbirləri daha da sərtləşdirilir. Milli Təhlükəsizlik Komissiyasının son qərarına əsasən, ölkənin bütün bələdiyyələri sığınacaqların günün 24 saatı fasiləsiz fəaliyyət göstərməsini təmin etməli olacaqlar. Qərar son […]

Bu gün Ümumdünya Qaçqınlar Günü qeyd olunur

Aysel Əlibəyli 20 İyun 2026 · 09:26 1078 baxış Hər il iyunun 20-də dünyada World Refugee Day qeyd olunur. Elpress.az xəbər verir ki, BMT Baş Məclisinin 2000-ci ildə qəbul etdiyi qətnaməyə əsasən təsis edilən bu […]

İsraildən sərt açıqlama: geri çəkilmə yoxdur

Aysel Əlibəyli 12 İyun 2026 · 18:46 1094 baxış İsrailin müdafiə naziri Israel Katz “X” sosial şəbəkəsində açıqlama verərək ölkəsinin Suriya, Livan və Qəzza zolağından geri çəkilməyəcəyini bildirib. Nazir qeyd edib ki, İsrail ABŞ ilə […]