Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində güclü partlayış baş verib.
Hadisə nəticəsində evə ziyan dəyib, iki nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
İlkin məlumata əsasən, hadisə yanğınla müşayiət olunmayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib və təhlükəsizlik tədbirləri görülüb.
Partlayışın səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


