Elpress.az xəbər verir ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar paytaxtda fəaliyyət göstərən ali təhsil müəssisələrinin iş rejiminə dair yeni qərar qəbul edilib.
Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, sentyabrın 23-dən 25-dək Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində dərslər distant (məsafədən) formada keçiriləcək.Qərarın yarış günlərində şəhərdə nəqliyyat və hərəkət imkanları ilə bağlı yarana biləcək məhdudiyyətlər nəzərə alınmaqla, tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədi daşıdığı bildirilib.Əmrin icrasının təmin olunması üçün paytaxtda fəaliyyət göstərən ali təhsil müəssisələrinə müvafiq tədbirlərin görülməsi tapşırılıb.


