--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Xocəsən” və “Avtovağzal” stansiyalarında yeni tətbiq: metroya giriş ödənişsiz olacaq

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 17:24 1160 baxış

Elpress.az xəbər verir ki, sabahdan etibarən Bakı Metropoliteninin “Xocəsən” və “Avtovağzal” stansiyalarından metroya giriş müəyyən müddət ərzində pulsuz həyata keçiriləcək.

Yeni tətbiq xətlərin ayrılması layihəsinin icrası zamanı sərnişinlərin alternativ hərəkət imkanlarını artırmaq və şəhərdə nəqliyyat yükünü daha səmərəli bölüşdürmək məqsədi daşıyır.Beləliklə, Abşeron və Qaradağın bir sıra ərazilərindən şəhər istiqamətində hərəkət edən sərnişinlər “Şamaxinka” və “20 Yanvar” ərazilərinə getmədən sözügedən stansiyalardan metro xidmətindən istifadə edə biləcəklər.

Ödənişsiz hərəkət “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olan sərnişinlər üçün “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarını əhatə edəcək.Bununla yanaşı, nəqliyyat axınlarının təhlili əsasında müəyyən avtobus marşrutlarının birbaşa bu iki metro stansiyasına yönləndirilməsi də planlaşdırılır.

Tətbiq ediləcək dəyişikliklərin Yaşıl və Bənövşəyi xətlərdən Qırmızı xəttə keçidi asanlaşdıracağı, sərnişinlərin alternativ marşrutlardan istifadəsini genişləndirəcəyi bildirilir.

Yeni yanaşma nəticəsində xətlərin ayrılması layihəsinin həyata keçirildiyi müddətdə sərnişin axınının daha balanslı təşkili, şəhərə girişlərdə ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılması və vətəndaşların vaxt və əlavə nəqliyyat xərclərinin azaldılması hədəflənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezidentdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı mühüm müşavirə

Next Article

Formula 1 Bakıda tədrisə də təsir etdi: universitetlərdə distant təhsilə keçilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ramiz Mehdiyevin sabiq köməkçisinə 6 il həbs cəzası verildi

Aysel Əlibəyli 28 Oktyabr 2026 · 08:30 1138 baxış Elpress.az xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, […]

Magistral yollarda görünüş məsafəsi azalacaq

Aysel Əlibəyli 11 Oktyabr 2026 · 18:02 1106 baxış Oktyabrın 12-də gecə və səhər saatlarında Azərbaycanın bəzi rayonlarında dumanlı hava şəraiti sürücülər üçün çətinlik yarada bilər. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, […]

Qəbulun II cəhdi üçün qeydiyyat başladı.

Aysel Əlibəyli 25 May 2026 · 11:48 1228 baxış II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin II cəhdi 5 iyul tarixində təşkil olunacaq. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, […]

Kamran Əliyevdən prokurorluqda yeni təyinatlar

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 13:24 1160 baxış Binəqədi və Nizami rayonlarının prokurorları vəzifələrini dəyişiblər. Şirvan şəhər prokuroru isə növbəti səlahiyyət müddətinə təyin olunub. Elpress.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri […]