Axura kəndi yaxınlığında “Niva” yoldan çıxaraq aşıb, iki nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb
Elpress.az xəbər verir ki, Naxçıvanın Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Axura kəndi yaxınlığında qeydə alınıb. Məlumat daxil olduqdan sonra əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar.Hadisə yerində aparılan ilkin qiymətləndirmə zamanı “Niva” markalı minik avtomobilinin yoldan çıxaraq aşdığı müəyyən edilib. Avtomobildə olan iki nəfər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alan 1958-ci il təvəllüdlü Cəfər Abbasov və onun 1990-cı il təvəllüdlü oğlu Nuran Abbasovu avtomobildən çıxarıblar.Ata və oğul təcili tibbi yardım briqadasına təhvil verilib.Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.


