--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

AMB: Valyuta təklifi tələbi üstələyib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:53 1012 baxış

8 ayda nağd xarici valyuta alışının satışını 673 milyon dollar üstələdiyi açıqlanıb

Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk 8 ayında Azərbaycanda valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib.Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu tendensiya həm nağd, həm də qeyri-nağd valyuta seqmentlərində müşahidə olunub.Hesabat dövründə mübadilə məntəqələri tərəfindən müştərilərdən alınan nağd xarici valyutanın həcmi satışları 673 milyon ABŞ dolları üstələyib.Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ay ərzində 3,7 faiz bəndi azalaraq 2026-cı ilin iyulunda 25,8 faizə düşüb.Valyuta bazarında tələbin azalması və təklifin artması fonunda Mərkəzi Bank tərəfindən xarici valyuta alışları həyata keçirilib.Nəticədə ilin 8 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 32,9 faiz artaraq 15,3 milyard ABŞ dollarına çatıb. Bu göstərici Mərkəzi Bankın valyuta ehtiyatları üzrə tarixi maksimum səviyyədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMB inflyasiya proqnozunu dəyişməz saxlayıb

Next Article

Xandanyan: ABŞ-la əlaqələr İranla münasibətlərə təsir etməyəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;