--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Güclü yağışlar Tayvanı cənginə aldı: 4 mindən çox sakin təxliyə edildi

Aysel Əlibəyli 24 Avqust 2026 · 21:16 1040 baxış

Tayvanın cənubunda daşqın və sürüşmələr qeydə alınıb, məktəblərdə dərslər dayandırılıb

Elpress.az xəbər verir ki, Tayvanın cənubunda yağan güclü musson yağışları nəticəsində 4 mindən çox sakin təhlükəsiz ərazilərə təxliyə edilib.Əsas təxliyə tədbirləri Qaosyun və Pindun şəhər və rayonlarında həyata keçirilib. Dağlıq ərazilərdə sürüşmə təhlükəsi ilə bağlı 119 xəbərdarlıq elan olunub. Bəzi ərazilərdə daşqınlar və yolların dağılması qeydə alınıb.Tyanlyao rayonunda baş verən sürüşmə səbəbindən avtomobil yolu müvəqqəti bağlanıb. Güclü yağışların daha bir sutkadan çox davam edəcəyi proqnozlaşdırılır.Bəzi bölgələrdə dövlət müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılıb, məktəblərdə isə dərslər təxirə salınıb. Yağıntıların əvvəlcə Tayvanın cənubunda səngiyəcəyi, daha sonra isə adanın şimalına keçəcəyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran: “20 nəsil döyüşəcəyik” – Hatəmi

Next Article

Muğanlı-İsmayıllı yolunda avtomobil aşıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

NATO qırıcıları Latviyada PUA-nı vurub

Aysel Əlibəyli 14 Avqust 2026 · 11:36 1042 baxış Latviya hava məkanına daxil olan pilotsuz uçuş aparatı NATO qırıcıları tərəfindən məhv edilib Elpress.az xəbər verir ki, NATO-nun Baltikyanı ölkələrin hava məkanında həyata keçirdiyi patrul xidməti […]

Corciyada meşə yanğınları: minlərlə hektar sahə külə döndü

Elşən 24 Aprel 2026 · 13:26 1112 baxış ABŞ-ın Corciya ştatında baş verən iri meşə yanğınları ciddi dağıntılara səbəb olub. Xarici mənbələrin məlumatına görə, sürətlə yayılan alov nəticəsində 54 ev tamamilə yararsız hala düşüb, ümumilikdə […]

Çində zəlzələdən sonra minlərlə insan təxliyə edildi

Elşən 18 May 2026 · 08:28 1118 baxış Çinin Quansi Çjuan Muxtar Rayonunda qeydə alınan 5,2 bal gücündə zəlzələ nəticəsində 7 mindən artıq sakin təhlükəsizlik məqsədilə ərazidən təxliyə olunub. Bu barədə Nanfang Ribao qəzeti xəbər […]