--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

FSB polkovniki ölü inəyin içində ölkədən qaçdı

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:27 1070 baxış

Rusiyanın keçmiş kəşfiyyatçısı Dmitri Senin Kremldən necə xilas olduğunu açıqlayıb

Elpress.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş yüksək vəzifəli əməkdaşı, 47 yaşlı Dmitri Senin ölkədən qaçmaq üçün müraciət etdiyi qeyri-adi üsulla beynəlxalq medianın gündəminə gəlib. Keçmiş agentin sözlərinə görə, o, korrupsiya araşdırması apardığı zaman “xəyanət” ittihamı ilə üzləşib və Kremlin təqiblərindən xilas olmaq üçün Rusiyadan Qazaxıstana ölü inəyin cəsədinin içində keçib.​Sərhəddəki termal kameralara düşməmək üçün əyninə rezin geyim, əleyhqaz geyinərək bədənini alüminium folqa ilə bükən Senin qaçaqmalçıların köməyi ilə inək cəsədində təxminən bir saat gizləndiyini bildirib. Traktora yüklənən heyvan meyiti ilə sərhədi keçdikdən sonra piyada yolla əvvəlcədən müəyyənləşdirilən nöqtəyə çatıb və daha sonra Monteneqroya sığınıb. Hadisə dünya mətbuatında böyük rezonans doğurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tiktoker “Arzum”un faciəvi qəza detalına baxış

Next Article

Paşinyan hökuməti istefa verdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pezeşkian: Yaponiya gəmilərinin təhlükəsiz keçidini təmin edəcəyik

Aysel Əlibəyli 01 İyun 2026 · 19:19 1174 baxış İran Prezidenti Məsud Pezeşkian Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı zamanı Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinə dair məsələləri müzakirə edib. IRNA agentliyinin məlumatına görə, […]

Finlandiyada nüvə silahı ehtimalı gündəmdə

Aysel Əlibəyli 29 İyun 2026 · 12:33 1180 baxış Finlandiyanın yeni addımı Rusiyanın diqqətində: NATO-nun nüvə çəkindirmə planları genişlənir Elpress.az-ın məlumatına əsasən, NATO-nun Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi imkanlarını artırması ilə bağlı müzakirələr davam edir. […]