--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Tramp: ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürməyə davam edir

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 20:52 1016 baxış

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukrayna ilə kəşfiyyat sahəsində əməkdaşlığı dayandırmadığını bəyan edib.

Elpress.az xəbər verir ki, jurnalistlərdən birinin bu istiqamətdəki əməkdaşlığın dayandırılması ilə bağlı sualını cavablandıran Tramp “Xeyr, dayandırmamışıq” deyib.

Məsələ ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyini dayandıra biləcəyi barədə yayılan məlumatlardan sonra gündəmə gəlib. CNN daha əvvəl Pentaqon və Dövlət Departamentinin Ukrayna tərəfinə belə bir ehtimal barədə xəbərdarlıq etdiyini bildirmişdi.

Ukrayna rəsmiləri isə oktyabrın 12-də Kiyevə endirilən raket zərbələri ilə bağlı əvvəlcədən xəbərdarlıq almadıqlarını açıqlayıblar. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bununla yanaşı, ABŞ kəşfiyyatı ilə əməkdaşlığın davam etdiyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvanın TRIPP layihəsi üzrə nəqliyyat imkanları AİB nümayəndələri ilə müzakirə olunub

Next Article

İran səfiri: Azərbaycanla münasibətlərin inkişafı vacibdir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya-Ukrayna danışıqları yenidən başlaya bilər

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:53 1054 baxış Rubio: ABŞ yaxın həftələrdə Moskva və Kiyev arasında danışıqları bərpa etməyə çalışacaq Elpress.az xəbər verir ki, ABŞ Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının yenidən başlaması istiqamətində […]