--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Çində yük gəmisində yanğın: 20 nəfər ölüb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:45 1030 baxış

Çindao limanında təmirə dayanan xarici bayraqlı gəmidə baş verən yanğın ağır itkilərə səbəb olub

Elpress.az xəbər verir ki, Çinin Çindao şəhərində yerləşən “Beyhay” gəmiqayırma zavodunda təmirə dayanan xarici yük gəmisində güclü yanğın baş verib.Hadisə zamanı gəmidə ümumilikdə 42 nəfərin olduğu bildirilib. Yanğın nəticəsində azı 20 nəfər həyatını itirib. 12 nəfər gəmidən təxliyə olunub, 5 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Beş nəfərin taleyi ilə bağlı axtarış-xilasetmə tədbirləri davam etdirilir.Çin Prezidenti Si Szinpin itkin düşən şəxslərin mümkün qədər tez tapılması və xilas edilməsi, yaralılara lazımi tibbi yardım göstərilməsi barədə tapşırıqlar verib. O, həmçinin yanğının səbəblərinin qısa müddətdə müəyyənləşdirilməsini və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istəyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

Next Article

Düşmən mövqelərini məhv edən Milli Qəhrəman – Fərhad Hümbətov

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Trampdan İranla bağlı çağırış

Aysel Əlibəyli 19 İyul 2026 · 17:25 1066 baxış Tramp İranın sanksiyalar siyahısına əlavə olunmasını istədi Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp respublikaçıları İranın Rusiya ilə bağlı sanksiyalar haqqında qanun layihəsinə əlavə edilməsinə […]

Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub

Aysel Əlibəyli 18 Avqust 2026 · 10:59 1064 baxış Hücumlar nəticəsində 5 mindən çox sakin və 46 sosial obyekt elektrik enerjisiz qalıb Elpress.az xəbər verir ki, Ukraynaya məxsus dronların Rusiyanın Moskva vilayətinə kütləvi hücumu nəticəsində […]

Xorvatiyada dəhşətli təyyarə qəzası: 4 ölü, 2 nəfər itkin

Aysel Əlibəyli 04 İyun 2026 · 16:09 1171 baxış Bu gün Xorvatiyanın İstriya bölgəsində, Medulin yaxınlığında baş verən təyyarə qəzası faciə ilə nəticələnib — hadisə zamanı 4 nəfər həyatını itirib, 2 nəfərin isə axtarışları hazırda […]