--:--:-- | 23 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

65 yaşdan yuxarı şəxslərə VACİB XƏBƏR: 2030-cu ilədək…

Aysel Əlibəyli 21 May 2026 · 22:18 1090 baxış

Dünyada əhali tərkibinin dəyişməsi ilə bağlı mühüm dönüş proqnozlaşdırılır.

65 yaşdan yuxarı şəxslərlə bağlı dünyada diqqətçəkən dəyişikliklərin baş verəcəyi gözlənilir. Elpress.az -ın milli.az – aistinadən verilən məlumata görə, mütəxəssislər hesab edir ki, 2030-cu ilədək 65 yaş və üzəri insanların sayı gənc əhalini geridə qoyacaq. Hətta yaşlıların sayının 5 yaşdan kiçik uşaqlardan iki dəfə çox olacağı proqnozlaşdırılır.Birləşmiş Millətlər Təşkilatının açıqladığı proqnozlar bir çox ölkədə sosial siyasətin yenilənməsini gündəmə gətirib. Xüsusilə Avropa və Asiya ölkələri sürətlə qocalan əhali ilə bağlı yeni həll yolları axtarır.Qurumun hesablamalarına əsasən, dünya əhalisinin sayı 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə isə 9,7 milyarda çatacaq. 2100-cü ildə bu göstəricinin 10,4 milyard olacağı ehtimal edilir.Məlumata görə, yaxın illərdə 65 yaşdan yuxarı insanların sayı 15-24 yaş arası gəncləri üstələyəcək. Bununla yanaşı, yaşlı əhalinin sayı azyaşlı uşaqların sayından iki dəfə artıq olacaq.Araşdırmalar göstərir ki, 2050-ci ildə dünyada yaşayan yaşlı insanların sayı 1,6 milyarda yüksələcək. Bu halda onların dünya əhalisindəki payı 16 faizdən çox təşkil edəcək.BMT-nin “2023 Dünya Sosial Hesabatı”nda bildirilir ki, ən yaşlı əhali əsasən Asiya və Avropa ölkələrində yaşayır. Siyahıda əhalisinin 30 faizi 65 yaşdan yuxarı olan Yaponiya ilk sıradadır. İtaliya 23 faizlə ikinci yerdə qərarlaşıb. Finlandiya, Portuqaliya və Yunanıstanda isə bu göstərici 22 faizə yaxındır.Ekspertlər hesab edirlər ki, gələcəkdə Honq-Konq və Cənubi Koreyada yaşlı əhalinin payı 40 faizə qədər yüksələrək Yaponiyanı da qabaqlaya bilər.Mütəxəssislərin sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə əhalinin yaşlanması daha sürətli tempdə davam edir. 2050-ci ilə qədər yaşlı insanların böyük hissəsinin məhz bu ölkələrdə yaşayacağı gözlənilir.BMT yaşlı insanların ehtiyaclarına uyğun səhiyyə və sosial xidmətlərin genişləndirilməsinin vacibliyini vurğulayır. Xüsusilə demensiya kimi xəstəliklərdən əziyyət çəkən şəxslərə dəstəyin artırılması əsas prioritetlərdən biri kimi göstərilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kəlbəcərdə işğal və zəfər muzeyləri kompleksinin tikintisi planlaşdırılır

Next Article

Fransanın səfiri bildirib ki, Azərbaycanda təşkil olunan WUF13 forumu böyük uğurla yadda qalıb.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zelenski ağır qış xəbərdarlığı etdi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:29 1032 baxış Zelenski ukraynalıları qarşıdan gələn ağır qışa hazırlaşmağa çağırıb Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarını qarşıdan gələn qışın çox ağır keçə biləcəyi ilə […]

World Health Organization bildirib ki, Democratic Republic of the Congonun şərqində davam edən müharibə Ebola epidemiyasına qarşı mübarizə və profilaktik tədbirlərin həyata keçirilməsini daha da çətinləşdirir.

Aysel Əlibəyli 27 May 2026 · 23:35 1090 baxış World Health Organization xəbərdarlıq edib ki, Democratic Republic of the Congonun şərqində davam edən silahlı qarşıdurmalar Ebola epidemiyasına qarşı aparılan mübarizəni ciddi şəkildə zəiflədir. Təşkilat vəziyyətin […]

Almaniyada müəllim 17 il işə getmədən maaş alıb

Aysel Əlibəyli 01 Avqust 2026 · 13:50 1024 baxış Almaniyada müəllim 17 il ərzində işə getmədən dövlətdən 1 milyon avrodan çox maaş alıb Elpress.az xəbər verir ki, Almaniyada bir müəllimin uzun müddət işə çıxmadan dövlətdən […]

Husilər Səudiyyə gəmisini vurdu: 3 ölü

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:21 1032 baxış Bab əl-Məndəb boğazında ticarət gəmisinə raket hücumu nəticəsində 3 ekipaj üzvü həlak olub Elpress.az xəbər verir ki, Yəməndəki husi qruplaşması Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus […]