--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Çin-Nepal sərhədində daşqın: 17 nəfər ölüb

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:46 1082 baxış

Daşqın sərhəd-keçid məntəqəsini dağıdıb, yüzlərlə insan yaralanıb

Elpress.az xəbər verir ki, Nepalda baş verən güclü daşqınlar Çinlə sərhəddə yerləşən Rasuva bölgəsinə ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində azı 17 nəfərin öldüyü, 400-ə yaxın şəxsin yaralandığı bildirilir.

Məlumata görə, bölgədəki daşqına zəlzələnin səbəb olduğu ehtimal edilir. Çin-Nepal sərhədinin hər iki tərəfində axtarış-xilasetmə işləri davam etdirilir. İndiyədək 12 nəfərin xilas edildiyi açıqlanıb.Daşqın nəticəsində Nepalda 291 turist və 93 yerli sakinin itkin düşdüyü bildirilir. Güclü su axını Çin-Nepal sərhəd-keçid məntəqəsini də yuyaraq dağıdıb.Çinin dövlət mediası və Nepal rəsmiləri bölgədə insan tələfatının çox olduğunu bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda və bölgələrdə güclü külək gözlənilir

Next Article

Pezeşkian: ABŞ yeni sanksiyalarla heç nəyə nail olmayacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hakan Fidan: Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:32 1074 baxış Türkiyə XİN rəhbəri yeni müdafiə təşəbbüsünün NATO öhdəliklərinə təsir etmədiyini bildirib Elpress.az xəbər verir ki, Məkkə Sazişini imzalayan ölkələr yeni müdafiə təşəbbüsünün adını Məkkə Müdafiə İttifaqı […]

Zaporojye AES-də yanacaq ehtiyatı ilə bağlı xəbərdarlıq

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:35 1066 baxış Zaporojye Atom Elektrik Stansiyası bir həftədən çoxdur xarici enerji təchizatından məhrumdur Elpress.az xəbər verir ki, Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında enerji təchizatı ilə bağlı vəziyyət narahatlıq […]