--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıda və bölgələrdə güclü külək gözlənilir

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:44 1076 baxış

Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb

Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqustun 27–30-u tarixlərində ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq elan edib.Məlumata görə, Naxçıvan, Gəncə, Göygöl, Qazax, Ağstafa, Tovuz, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəbrayıl və digər rayonlarda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti 13,9–20,7 metr/saniyə təşkil edəcək.Bakıda və Abşeron yarımadasında, eləcə də Goranboy, Naftalan, Culfa və Ordubad rayonlarında isə narıncı xəbərdarlıq qüvvədə olacaq. Bu ərazilərdə şimal-qərb küləyinin sürətinin 20,8–28,4 metr/saniyəyədək güclənəcəyi gözlənilir.Mütəxəssislər vətəndaşlara açıq havada ehtiyatlı olmağı, xüsusilə güclü külək zamanı təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaradağda 4 mindən çox qəlyan tütünü aşkarlanıb

Next Article

Çin-Nepal sərhədində daşqın: 17 nəfər ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda isti hava güclənir

Aysel Əlibəyli 16 İyul 2026 · 13:28 1072 baxış Milli Hidrometeorologiya Xidməti iyulun 17-nə olan hava proqnozunu açıqlayıb Elpress.az xəbər verir ki , Milli Hidrometeorologiya Xidməti iyulun 17-si üçün Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı […]

Buraxılış imtahanının xarici dil modeli yenilənir

Aysel Əlibəyli 23 İyul 2026 · 13:04 1068 baxış 2027-ci ilin buraxılış imtahanı üçün yeni xarici dil modeli açıqlanıb Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2027-ci ildən tətbiq olunacaq xarici dil imtahan modelini təqdim […]

Azərbaycanda ukraynalı uşaqlar üçün xüsusi proqram

Aysel Əlibəyli 08 İyun 2026 · 15:03 1130 baxış Ukraynadan Azərbaycana gətirilmiş daha 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin olunub. Elpress.az APA-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, […]