--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Aİ-nin 18 ölkəsi miqrasiyaya qarşı plan razılaşdırıb

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:04 1066 baxış

Sərhədlərdə miqrasiya təzyiqinə qarşı yeni mexanizm hazırlanacaq

Elpress.az xəbər verir ki, Avropa İttifaqına üzv 18 ölkənin daxili işlər nazirləri sərhədlərdə qeyri-qanuni miqrasiya axınının kəskin artmasının qarşısının alınması məqsədilə birgə fəaliyyət planı üzərində razılığa gəliblər.Məlumata görə, Münhendə keçirilən görüşdə yeni mexanizmin hazırlanması təşəbbüsü Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt tərəfindən irəli sürülüb. Görüşün keçirilməsinə səbəb kimi 2026-cı ilin iyulunun sonunda İspaniyanın Seuta eksklavında baş vermiş genişmiqyaslı miqrasiya böhranı göstərilir.Razılaşdırılan fəaliyyət planı üç əsas istiqaməti əhatə edir. İlk olaraq, Aİ sərhədlərində fövqəladə miqrasiya təzyiqinin yaranmasını müəyyənləşdirən və rəsmiləşdirən vahid qaydaların tətbiqi nəzərdə tutulur.İkinci istiqamət böhran vəziyyətinin rəsmi tanınması halında miqrantların ölkədən daha qısa müddətdə çıxarılmasına imkan verəcək xüsusi mexanizmin yaradılmasını nəzərdə tutur.Üçüncü bənd isə Aİ-nin sərhəd nəzarəti agentliyi “Frontex”in qüvvələrinin zəruri hallarda operativ şəkildə yerləşdirilməsini əhatə edir. Bu çərçivədə 24 saat ərzində yardıma ehtiyacı olan üzv ölkəyə göndərilə biləcək çevik reaksiya bölməsinin yaradılması planlaşdırılır.Məlumata görə, planın həyata keçirilməsi ilə bağlı danışıqlarda İspaniya iştirak etməyib. Bu ölkənin nümayəndələrinin miqrasiya məsələsi ilə bağlı Avropa Parlamentində keçirilən fövqəladə dinləmələrə də qatılmadığı bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda Formula 1 küçələrində hərəkət bərpa olunub

Next Article

Şimal rayonlarında Anım Günü tədbirləri keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukraynada hərbi qırıcı qəzaya uğradı

Aysel Əlibəyli 27 İyun 2026 · 16:49 1164 baxış Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi iyunun 27-nə keçən gecə Poltava vilayəti ərazisində qəzaya uğrayıb. Elpress.az xəbər verir ki, Məlumata görə, döyüş tapşırığını yerinə […]

Li Çje Myon mənzilini satışa çıxardı

Aysel Əlibəyli 15 İyul 2026 · 18:42 1092 baxış Li Çje Myon daşınmaz əmlak bazarının sabitləşdirilməsi məqsədilə yeganə mənzilini satmaq qərarı verib Elpress.az xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Çje Myon hökumətin daşınmaz əmlak […]

Ukrayna Belqoroda zərbə endirib

Aysel Əlibəyli 29 İyul 2026 · 11:45 1072 baxış Ukraynanın Belqorod vilayətinə endirdiyi zərbələr nəticəsində 4 nəfər ölüb, 46 nəfər yaralanıb. Elpress.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə həyata keçirdiyi zərbələr nəticəsində […]

Gürcüstan DTX-nin sabiq rəhbəri 13 il həbs cəzası alıb

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 21:57 1090 baxış Qriqol Liluaşvili korrupsiya cinayətlərində təqsirli bilinib Elpress.az xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili korrupsiya cinayətlərində təqsirli bilinərək 13 il müddətinə azadlıqdan […]