--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İran və Oman Hörmüz boğazında yeni mərkəzi marşrut üzərində işləyir

Aysel Əlibəyli 04 Avqust 2026 · 20:54 1100 baxış

İran və Oman Hörmüz boğazında yeni mərkəzi gəmiçilik marşrutunun yaradılması ilə bağlı birgə iş aparırlar.

Elpress.az xəbər verir ki, bu barədə İranın Press TV telekanalı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.Məlumata görə, hazırlanan yeni mərkəzi dəhliz hər iki ölkənin maraqlarını nəzərə alan praktik və hüquqi həll kimi qiymətləndirilir.

Layihənin həyata keçirilməsindən sonra hazırda istifadə olunan şimal və cənub marşrutlarının bağlanması nəzərdə tutulur.Mənbə bildirib ki, təşəbbüsün əsas məqsədi Hörmüz boğazında gəmiçilik qaydalarının yenilənməsi və bu strateji su yolunun gələcəkdə hər hansı təzyiq vasitəsinə çevrilməsinin qarşısını almaqdır.

Qeyd edək ki, daha əvvəl bəzi beynəlxalq media qurumları Hörmüz boğazında gəmiçiliyin tam bərpası ilə bağlı razılaşmaların yaxın vaxtlarda açıqlana biləcəyini iddia etmişdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi: 12 maddəlik qanun layihəsi parlamentə təqdim olundu

Next Article

ABŞ və Braziliya arasında diplomatik gərginlik dərinləşir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Almaniyada hərbi sorğunu cavablandırmayanlara 250 avroyadək cərimə

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 21:33 1082 baxış Almaniyada hərbi xidmətlə bağlı sorğu vərəqələrini vaxtında doldurmayan gənc kişilər barəsində inzibati tədbirlər görülür. Qaydanı pozan şəxslər 250 avroyadək cərimə ilə üzləşə bilərlər. Elpress.az xəbər verir […]

Dörd ölkə ABŞ tariflərinə etiraz etdi

Aysel Əlibəyli 24 İyul 2026 · 12:09 1122 baxış Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya ABŞ-nin yeni tariflərini əsassız adlandırıb Elpress.az xəbər verir ki, Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya ABŞ-nin bir sıra […]

Sankt-Peterburq PUA hücumuna məruz qalıb

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 21:45 1092 baxış Ukraynanın Rusiyanın Sankt-Peterburq şəhərinə pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirdiyi bildirilir. Elpress.az xəbər verir ki, yayılan məlumatlarda hücumun Kiyev ərazisindəki körpülərə endirilən zərbələrə cavab […]

Paşinyan: “Ermənistana yeni müxalifət lazımdır”

Aysel Əlibəyli 26 Oktyabr 2026 · 19:48 1074 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə dövlət maraqlarını əsas götürən yeni müxalifətin formalaşmasına ehtiyac olduğunu bildirib. Elpress.az xəbər verir ki, Paşinyan bu fikirləri Ermənistanın bir sıra […]