--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

ABŞ və Braziliya arasında diplomatik gərginlik dərinləşir

Aysel Əlibəyli 05 Avqust 2026 · 06:44 1066 baxış

ABŞ Braziliyanın Vaşinqtondakı səfiri Maria Luiza Ribeiro Viottinin vizasını ləğv edib. Qərar iki ölkə arasında son dövrlər yaranan diplomatik gərginliyin növbəti mərhələsi kimi qiymətləndirilir.

Elpress.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bu addımın qarşılıqlılıq prinsipi əsasında atıldığını bildirib.Məlumata görə, qərar Braziliyanın iki amerikalı diplomata viza verməməsi və ABŞ-nin Braziliyaya səfir namizədinin təsdiqi prosesini təxirə salmasına cavab olaraq qəbul edilib. ABŞ tərəfi qərarın icrasını Braziliya hökumətinə məsələni həll etmək üçün vaxt vermək məqsədilə bir neçə dəfə ertələsə də, nəticə əldə olunmadığından səfirin vizası ləğv edilib.

Bildirilib ki, Maria Luiza Ribeiro Viotti hazırda ABŞ-ni tərk etməyə məcbur edilməyib. Rəsmi Vaşinqton qeyd edib ki, Braziliya tərəfi müvafiq addımlar atacağı təqdirdə qərarın yenidən nəzərdən keçirilməsi mümkündür.

Xatırladaq ki, diplomatik böhran Braziliyanın ABŞ-nin ölkəyə səfir namizədi Denni Peresin təsdiqini seçkilərdən sonraya saxlaması və daha sonra bəzi ABŞ diplomatlarına viza verməkdən imtina etməsi ilə daha da kəskinləşib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran və Oman Hörmüz boğazında yeni mərkəzi marşrut üzərində işləyir

Next Article

Məmmədlidə yanğın: Yanacaqdoldurma məntəqəsində faciənin qarşısı alındı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Moninder Sinqh: Hindistan zikhləri fiziki məhv etməyə çalışır

Aysel Əlibəyli 03 İyun 2026 · 10:32 1174 baxış Hindistanın zikhlərin milli və dini kimliyini zəiflətməyə çalışdığı iddia olunub. Elpress.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Moninder Sinqh Bakıda keçirilən “İyun 1984-cü il, Amritsardakı […]

Dünya Bankından Ukraynaya milyardlarla dollarlıq yeni dəstək

Aysel Əlibəyli 25 İyun 2026 · 23:38 1200 baxış Elpress.az xəbər verir ki, Dünya Bankı Ukraynaya ümumilikdə 3,39 milyard dollar məbləğində kredit və qrant ayıracaq. Bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko teleqram kanalında məlumat […]

Ukrayna Kramatorskdakı zavodları təxliyə edir

Aysel Əlibəyli 11 İyun 2026 · 22:35 1128 baxış Ukrayna hakimiyyəti Kramatorsk şəhərində fəaliyyət göstərən bir sıra sənaye müəssisələrinin ölkənin qərbinə köçürülməsi prosesini sürətləndirib. Elpress.az xəbər verir ki, bu barədə The Economist məlumat yayıb.Nəşrin məlumatına […]