--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Məmmədlidə yanğın: Yanacaqdoldurma məntəqəsində faciənin qarşısı alındı

Aysel Əlibəyli 05 Avqust 2026 · 08:55 1092 baxış

Abşeron rayonunun Məmmədli kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində baş verən yanğın qısa müddətdə söndürülüb.

Elpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Məlumata görə, hadisə ilə bağlı daxil olan məlumatdan sonra əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

İlkin araşdırma zamanı yanğının yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən, avtomobil təmiri sexi və ehtiyat hissələri mağazası kimi fəaliyyət göstərən 8 boksdan ibarət obyektlərdə baş verdiyi müəyyən edilib.Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun digər bokslara və yanacaqdoldurma məntəqəsinə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində iki boksun yanar konstruksiyaları 60 kvadratmetr, dam örtüyünün taxta atmaları isə 260 kvadratmetr sahədə yanıb.Yanğın zamanı xəsarət alan olmayıb. Digər obyektlər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ və Braziliya arasında diplomatik gərginlik dərinləşir

Next Article

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəkidə güclü yanğın evi məhv etdi

Aysel Əlibəyli 15 İyul 2026 · 18:19 1184 baxış Şəkidə yaşayış evi yanğın nəticəsində istifadəyə yararsız qaldı Elpress.az xəbər verir ki, Şəki rayonunda baş verən yanğın hadisəsi bir ailəyə ciddi maddi ziyan vurub. Hadisə rayonun […]

Binədə 24 yaşlı qadın dayanacaqda qətlə yetirildi

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 17:11 1136 baxış Bakının Xəzər rayonunun Binə qəsəbəsində 24 yaşlı qadının qətlə yetirilməsi ilə nəticələnən ağır cinayət hadisəsi baş verib. Elpress.az xəbər verir ki, hadisə oktyabrın 6-da axşam saatlarında […]

Maqnit qasırğası xəbərdarlığı: Ən təhlükəli tarixlər məlum oldu

Aysel Əlibəyli 26 İyun 2026 · 22:45 1274 baxış Astrofiziklərin proqnozuna əsasən, iyunun son günlərində Yerə zəif və orta səviyyəli geomaqnit təsirlər gözlənilir. Bununla belə, güclü maqnit qasırğası proqnozlaşdırılmır. Mütəxəssislərin beynəlxalq heliofizika mərkəzlərinin məlumatları əsasında […]