--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

ABŞ-də neft ehtiyatları cüzi artıb

Aysel Əlibəyli 27 Avqust 2026 · 17:32 1046 baxış

ABŞ-nin kommersiya xam neft ehtiyatları 428,9 milyon barelə yüksəlib

Elpress.az xəbər verir ki, ABŞ-də kommersiya xam neft ehtiyatlarında ötən hesabat həftəsi üzrə cüzi artım qeydə alınıb.ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, avqustun 21-də başa çatan həftə ərzində kommersiya neft ehtiyatları 100 min barel artaraq 428,9 milyon barelə çatıb. Bu göstərici bazar iştirakçılarının 1,6 milyon barellik artım gözləntisindən xeyli aşağı olub.Strateji Neft Ehtiyatlarında isə əksinə, 3,7 milyon barellik azalma qeydə alınıb və ehtiyatların həcmi 289,7 milyon barelə düşüb. Benzin ehtiyatları da 2,5 milyon barel azalaraq 206,8 milyon barel təşkil edib.Məlumata əsasən, kommersiya xam neft ehtiyatlarının hazırkı həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən təxminən 1 faiz yüksəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avropa “Big Tech” asılılığını azaltmağa çalışır

Next Article

Ratko Mladiç Haaqada vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Moskva NATO-Ermənistan hərbi təlimlərinə münasibət bildirdi

Aysel Əlibəyli 18 İyun 2026 · 18:38 1152 baxış Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın NATO ilə keçirdiyi hərbi təlimlərə dair açıqlama verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın ərazisində keçirilən “Qartal tərəfdaş-2026” beynəlxalq […]

Türkiyə Yaponiya ilə müdafiə əməkdaşlığını genişləndirmək istəyir.

Aysel Əlibəyli 30 May 2026 · 17:04 1170 baxış Türkiyə və Yaponiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei Asia” nəşrinə […]

Dağlıq rayonlarda yağış və leysan qeydə alınıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:02 1034 baxış Bəzi ərazilərdə şimşək çaxıb, küləyin sürəti saniyədə 20 metrə çatıb Elpress.az xəbər verir ki, Avqustun 30-da ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq […]