--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

TƏBİB “103” xidmətində süni intellekt dövrünə keçir

Aysel Əlibəyli 14 İyul 2026 · 20:51 1140 baxış

TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin daha operativ və səmərəli təşkili istiqamətində yeni texnologiyaların tətbiqinə başlayır.

Elpress.az xəbər verir ki, bu məqsədlə TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, “103” Çağrı Mərkəzində süni intellekt əsaslı texnoloji həllər tətbiq ediləcək. Layihə çərçivəsində çağırışların daha dəqiq analiz olunması, hadisə yerinin operativ müəyyənləşdirilməsi və təcili tibbi yardım briqadalarının hərəkət marşrutunun optimallaşdırılması nəzərdə tutulur.

TƏBİB-in İcraçı direktoru Anar Bayramov bildirib ki, həyata keçirilən rəqəmsal transformasiya tədbirləri vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə, hadisə yerinə çatma müddətini azaltmağa və resurslardan daha səmərəli istifadə edilməsinə imkan verəcək.

“Azerconnect Group”un baş direktoru Emil Məsimov isə qeyd edib ki, əməkdaşlıq çərçivəsində süni intellekt və yeni nəsil rəqəmsal həllərin tətbiqi təcili tibbi yardım xidmətinin daha çevik və vətəndaşyönümlü fəaliyyətinə mühüm töhfə verəcək.

Qeyd edək ki, layihə çərçivəsində “103” xidmətinə daxil olan səsli zənglərin avtomatik təhlili, istifadəçi davranışına uyğun məlumatlandırma və digər innovativ həllərin tətbiqi də planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyevin sosial media hesablarında Peter Pelleqrininin səfəri ilə bağlı paylaşım edildi

Next Article

“Sabah”ın Çempionlar Liqası matçı üçün start heyəti bəlli oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mustafa Abbasbəyli vəzifəsini dəyişib

Aysel Əlibəyli 19 Avqust 2026 · 11:16 1078 baxış Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli tutduğu vəzifədən azad edilib. Elpress.az xəbər verir ki, Abbasbəyli Nazirliyin Aparatında başqa vəzifəyə keçirilib.Məlumata görə, Mədəniyyət Nazirliyində strukturun təkmilləşdirilməsi və […]

İlham Əliyev Kambocanın Baş naziri ilə görüşüb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 11:10 1052 baxış Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Maneti qəbul edib. Elpress.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlərin […]

Çimərliyə yollananlar üçün hava proqnozu

Aysel Əlibəyli 25 İyul 2026 · 09:36 1080 baxış Abşeron yarımadasında istirahət etməyi planlaşdıranlar üçün çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gün ərzində çimərliklərdə şimal-şərq küləyi əsəcək, […]