--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Zakir Həsənov hərbi hissələrdə vəziyyətlə tanış olub

Aysel Əlibəyli 12 Avqust 2026 · 12:29 1072 baxış

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində xidmət-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.

Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, nazir döyüş mövqelərində xidmət aparan şəxsi heyətlə görüşüb, onların qayğı və təklifləri ilə maraqlanıb.

Bildirilib ki, hərbi hissələrdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, döyüş növbətçiliyinin fasiləsiz və təhlükəsiz təşkili, eləcə də bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Nazirliyin rəhbərliyinə hərbi hissələrin mövqelərində artilleriya zərbələri və pilotsuz uçuş aparatlarının mümkün təhdidlərinə qarşı dayanıqlı mühəndis-fortifikasiya qurğularının hazırlanması barədə də məlumat verilib.Daha sonra müdafiə naziri təlim poliqonunda olub. Burada bölmələrin döyüş hazırlığı planlarına uyğun təlim və məşqlərin real döyüş şəraitinə yaxın formada keçirilməsi imkanları nümayiş etdirilib.

Sonda Zakir Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, döyüş hazırlığı məşğələlərinin intensivliyinin artırılması, həmçinin silah və hərbi texnikadan səmərəli istifadənin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İstanbulda azərbaycanlı iş adamı evində ölü tapılıb

Next Article

Avqustun 13-ü üçün hava proqnozu açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya Bankında Azərbaycan üzrə yeni müşavir təyin olunub

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 06:30 1046 baxış Elpress.az bildirir ki, Azərbaycan Mərkəzi Bankının Pul siyasəti Departamentinin şöbə rəisi Anar Paşacanov Dünya Bankının İcraçı Direktorunun müşaviri vəzifəsinə təyin edilib. Yeni vəzifəsində Paşacanov fəaliyyətinin ilk […]

Nazir: Azərbaycanda hər 3 nəfərdən 2-si oxuduğunu anlamır

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 12:32 1040 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda şagirdlərin oxuduğunu anlama bacarığı ilə bağlı ciddi pedaqoji problem müşahidə olunur. Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı […]

TƏBİB-in tabeliyindəki qurumda yeni təyinat olub

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 06:33 1042 baxış Elpress.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Rəqəmsal Tibbi Həllər” MMC-də yeni kadr dəyişikliyi baş verib.Müvafiq qərara əsasən, Firuzə Əfəndiyeva […]

Bakı metrosunda havalandırma sistemi yenilənir

Aysel Əlibəyli 19 İyul 2026 · 15:57 1070 baxış Bakı metrosunda sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması istiqamətində mühüm yenilənmə işləri davam etdirilir. Elpress.az xəbər verir ki, metropolitenin stansiya və tunellərində daha 6 müasir tipli havalandırma […]