--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İstanbulda azərbaycanlı iş adamı evində ölü tapılıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 11:23 1056 baxış

İstanbulun Qaziosmanpaşa rayonunda azərbaycanlı iş adamı Rövşən Zeynalov yaşadığı mənzildə ölü vəziyyətdə aşkarlanıb.

Elpress.az xəbər verir ki, məlumata görə, mənzildən gələn pis qoxudan narahat olan qonşular polisə məlumat veriblər. Hadisə yerinə polis əməkdaşları ilə yanaşı, yanğınsöndürənlər və təcili tibbi yardım briqadası cəlb olunub.Yanğınsöndürənlərin köməyi ilə mənzilin qapısı açılıb və içəri daxil olan polis əməkdaşları Rövşən Zeynalovun cansız bədənini aşkar ediblər.

Tibbi müayinə zamanı onun Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirilib.

Mənzildə Rövşən Zeynalovun bacısı Mətanət Zeynalova da olub. O, yataq otağında yatarkən aşkarlanıb və sağ vəziyyətdə olub. İlkin məlumata görə, psixi problemlərinin olduğu ehtimal edilən qadın vəfat etmiş qardaşı ilə təxminən bir həftə eyni mənzildə yaşayıb.

Mənzildə qan izlərinin də aşkarlandığı bildirilir. Rövşən Zeynalovun meyiti ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizasına göndərilib.Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, əslən Qubadlı rayonundan olan Rövşən Zeynalovun Türkiyədə ayaqqabı biznesi ilə məşğul olduğu bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvanın sosial-iqtisadi inkişafına 258 milyon manat ayrılacaq

Next Article

Zakir Həsənov hərbi hissələrdə vəziyyətlə tanış olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda iki nəfəri elektrik cərəyanı öldürüb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:45 1042 baxış İki ayrı bədbəxt hadisədə iş zamanı həyatını itirən şəxslərlə bağlı araşdırma aparılır Elpress.az xəbər verir ki, Bakıda müxtəlif vaxtlarda iki nəfərin elektrik cərəyanının təsiri nəticəsində öldüyü […]

Bakıda güclü külək “sellofan burulğanı” yaradıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 12:13 1052 baxış Bakıda ötən gecə müşahidə olunan küləkli hava şəhərin bəzi ərazilərində maraqlı görüntülərə səbəb olub. Elpress.az xəbər verir ki, Paytaxtın Heydər Əliyev prospektində güclü küləyin təsiri nəticəsində […]