--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Səhv köçürülən pulu geri almaq mümkündür? – Hüquqşünas açıqladı

Aysel Əlibəyli 18 İyul 2026 · 15:09 1150 baxış

Rəqəmsal bankçılıq xidmətlərinin geniş yayılması ilə bank köçürmələrində diqqətsizlikdən qaynaqlanan səhvlərin sayı da artır.

Yanlış kart nömrəsinə və ya başqa şəxsə vəsait göndərilməsi hallarında pulun geri qaytarılması yalnız müəyyən hüquqi prosedurlar çərçivəsində mümkündür.

Elpress.az xəbər verir ki, Hüquqşünas Rəşad Əliyevin sözlərinə görə, belə hallarda ilk növbədə vəsaiti göndərən şəxs müraciət etdiyi banka məlumat verməlidir. Bank qarşı tərəflə əlaqə saxlayaraq səhvən köçürülmüş məbləğin geri qaytarılmasını təklif edir. Qarşı tərəf razılıq verərsə, məsələ qısa müddətdə həll olunur.

Lakin vəsaiti qəbul edən şəxs pulu qaytarmaqdan imtina edərsə, hüquq-mühafizə orqanlarına müraciət nəticə vermir. Bu halda vəsaitin geri alınmasının yeganə yolu mülki qaydada məhkəməyə müraciət etməkdir.

Hüquqşünas bildirib ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, hüquqi əsas olmadan əldə edilən vəsait əsassız varlanma hesab olunur və həmin şəxs aldığı məbləği geri qaytarmalıdır.

Bununla yanaşı, bank sirri ilə bağlı tələblərə görə, vəsaiti qəbul edən şəxsin məlumatları bank tərəfindən açıqlanmır ki, bu da məhkəmə prosesində əlavə çətinliklər yarada bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xəzərdə boğulmaların səbəbi naməlum varlıqlardı?

Next Article

DYP-dən həftəsonu sürücülərə çağırış

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının 6 yolunda sıxlıq var – SİYAHI

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 08:50 1062 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Hazırda sıxlıq olan istiqamətlər: 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi […]

DİN-in tabeliyindəki üç uşaq bağçası BŞTİ-yə təhvil verildi

Aysel Əlibəyli 06 Avqust 2026 · 11:14 1084 baxış Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən üç məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib. Elpress.az xəbər verir ki, bu barədə BŞTİ məlumat […]

Azərbaycan vizasız giriş imkanlarını genişləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:45 1118 baxış Azərbaycan qanuni miqrasiyanın təşviqi istiqamətində tətbiq etdiyi mexanizmləri genişləndirməyə davam edir. Elpress.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media […]