--:--:-- | 07 Noyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

DİN-in tabeliyindəki üç uşaq bağçası BŞTİ-yə təhvil verildi

Aysel Əlibəyli 06 Avqust 2026 · 11:14 1118 baxış

Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən üç məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib.

Elpress.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.Bildirilib ki, söhbət Nəsimi rayonunda yerləşən 355 və 357, həmçinin Səbail rayonundakı 356 nömrəli körpələr evi-uşaq bağçasından gedir.Məlumata əsasən, məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılsa da, həmin bağçalarda qrupların komplektləşdirilməsi məqsədilə qeydiyyat bq.edu.az elektron sistemi vasitəsilə davam etdirilir.

Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, infrastrukturun yenilənməsi, uşaqlar üçün yaradılan şəraitin yaxşılaşdırılması, eləcə də xidmət keyfiyyətinin və əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tərtərdə yaşayış evində yanğın: ər-arvad həyatını itirdi

Next Article

Bakıda ticarət mərkəzində bədbəxt hadisə: Lift ustası həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı–Qəbələ marşrutunda əlavə qatar reysləri olacaq

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 11:06 1106 baxış Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı ilə Qəbələ arasında əlavə qatar reysləri təşkil ediləcək. Elpress.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC sərnişin […]

Füzulidə aerokosmik festival gəncləri bir araya topladı

Aysel Əlibəyli 26 İyul 2026 · 19:24 1132 baxış Füzuli Beynəlxalq Hava Limanında keçirilən “Aerokosmik Modelçilik Festivalı 2026” gənclərin texniki bacarıqlarını nümayiş etdirdiyi və innovativ ideyalarını təqdim etdiyi maraqlı tədbirlə yadda qalıb. Elpress.az xəbər verir […]