--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan vizasız giriş imkanlarını genişləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:45 1138 baxış

Azərbaycan qanuni miqrasiyanın təşviqi istiqamətində tətbiq etdiyi mexanizmləri genişləndirməyə davam edir.

Elpress.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən media-tur zamanı məlumat verib.Onun sözlərinə görə, ölkəyə qanuni yollarla gəlmək istəyən əcnəbilər üçün prosedurların sadələşdirilməsi və xidmətlərin əlçatanlığının artırılması əsas prioritetlərdəndir.

Bu məqsədlə vizasız rejimin əhatə dairəsi genişləndirilir, sərhəd keçid prosedurları təkmilləşdirilir və elektron xidmətlər inkişaf etdirilir.Vüsal Hüseynov bildirib ki, hazırda Azərbaycan 17 ölkənin vətəndaşlarına vizasız giriş imkanı yaradır. Bununla yanaşı, 89 ölkənin vətəndaşları “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilir, 11 ölkənin vətəndaşları isə vizanı birbaşa hava limanında rəsmiləşdirmək imkanına malikdir.

DMX rəisi əlavə edib ki, son dövrdə Yaponiya, Oman, Koreya Respublikası, Bosniya və Herseqovina da daxil olmaqla bir sıra ölkələrlə vizasız rejimin tətbiqi istiqamətində yeni addımlar atılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İKZF yarım ildə 226 milyon manat kredit verib

Next Article

Ukrayna Belqoroda zərbə endirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın ən gənc general-leytenantı bəlli oldu

Aysel Əlibəyli 20 Avqust 2026 · 10:20 1098 baxış Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərova “general-leytenant” ali hərbi rütbəsi təqdim olunub. Elpress.az xəbər verir ki, 39 yaşlı Babək Ələkbərov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı […]

DİN-dən bank kartları ilə bağlı vacib xəbərdarlıq

Aysel Əlibəyli 13 İyul 2026 · 12:00 1136 baxış Daxili İşlər Nazirliyi vətəndaşları bank kartı məlumatlarını kiberdələduzlardan qorumağa çağırıb. Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, kiberdələduzlar saxta internet səhifələri, şübhəli keçidlər, […]

Anar Nəcəfliyə AAYDA-da yeni vəzifə verildi

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:04 1076 baxış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfliyə yeni vəzifə verilib. Elpress.az xəbər verir ki, “Baku.ws”in “Unikal”a istinadən yaydığı məlumata görə, Anar Nəcəfli AAYDA-da […]