--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Naftalanda şəhid ailələri və qazilər üçün reabilitasiya proqramı davam edir

Aysel Əlibəyli 21 İyul 2026 · 23:04 1166 baxış

Naftalan şəhərində fəaliyyət göstərən “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” şəhid ailələrinin üzvləri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi qazilərinin bərpa-müalicəsini uğurla davam etdirir.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Müasir tibbi avadanlıqlarla təchiz olunmuş mərkəzdə döyüşlər zamanı müxtəlif xəsarətlər almış qazilər və digər imtiyazlı şəxslər üçün fərdi müalicə və reabilitasiya proqramları tətbiq olunur.Hazırda sağlamlıq mərkəzində 200-ə yaxın şəxs müalicə alır.

Bildirilib ki, 2026-cı ilin əvvəlindən indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə 1400-dən çox şəhid ailəsi üzvü və qazi reabilitasiya proqramına cəlb edilib. Müalicəyə qəbul olunan şəxslər əvvəlcə tibbi müayinədən keçirilir, daha sonra sağlamlıq vəziyyətlərinə uyğun olaraq 14 günlük reabilitasiya kursunda iştirak edirlər.

Mərkəzdə əsasən dayaq-hərəkət sistemi və oynaq xəstəliklərinin müalicəsi aparılır. Reabilitasiya proqramına masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlaterapiya, ozonoterapiya, hidrokolonoterapiya və Naftalan nefti vannaları daxildir.

Qeyd olunub ki, həyata keçirilən reabilitasiya tədbirləri pasiyentlərin funksional imkanlarının bərpasına, gündəlik həyata daha rahat qayıtmalarına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Sabah” Çempionlar Liqasında qələbə ilə başladı

Next Article

151 illik yol: Azərbaycan mətbuatı milli sözün və həqiqətin keşiyində

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Riyaziyyatçılar süni intellektin riyaziyyata təsirindən narahatdır

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:49 1064 baxış 25 “Filds” medalçısı süni intellektin mürəkkəb riyazi problemlərin həllində istifadəsi ilə bağlı xəbərdarlıq edib Elpress.az xəbər verir ki, “Filds” medalına layiq görülmüş 25 riyaziyyatçı alim süni […]