Son 5 ilin statistikası: 60 və daha yuxarı yaşda olan şəxslər arasında boşanma halları 47-48% çoxalaraq rekord həddə çatıb
Elpress.az xəbər verir ki, Azərbaycanda 2021–2025-ci illər ərzində ümumi boşanmaların sayı 17 191-dən 20 675-ə yüksələrək 20,3% artıb. Ən diqqətçəkən dinamika 60 və daha yuxarı yaş qrupunda qeydə alınıb. Belə ki, bu yaş aralığında boşanan kişilərin sayı 2021-ci ildəki 563 nəfərdən 2025-ci ildə 838 nəfərə (48,8% artım), qadınların sayı isə 293 nəfərdən 431 nəfərə (47,1% artım) çatıb.


