--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Qeysəriyyə əməliyyatından sonra komaya düşən qadınla bağlı YENİ MƏLUMAT

Aysel Əlibəyli 18 Avqust 2026 · 12:08 1056 baxış

Bakıda qeysəriyyə əməliyyatından sonra səhhəti ağırlaşan 28 yaşlı Şəhlə Quliyevanın vəziyyəti ilə bağlı yeni məlumat yayılıb.

Elpress.az xəbər verir ki, “Baku Medical Plaza”dan bildirilib ki, Şəhlə Muxtar qızı Quliyeva hamiləliyinin 22-ci həftəsində tibb müəssisəsinə müraciət edib və aparılan müayinələrdən sonra hamiləliyi tibbi nəzarətə götürülüb.Məlumata görə, iyulun 28-də tibbi göstərişlərə və mövcud klinik protokollara uyğun olaraq pasiyent üzərində qeysəriyyə əməliyyatı icra edilib. Əməliyyatdan sonrakı dövrdə isə onda qəfil başlayan şiddətli baş ağrısı və qıcolma tutması müşahidə olunub.Aparılan geniş müayinələr nəticəsində pasiyentdə III dərəcəli mitral qapaq çatışmazlığı müəyyən edilib. Vəziyyətin qiymətləndirilməsi məqsədilə həkim konsiliumu çağırılıb.Konsiliumun rəyinə əsasən, pasiyentin mövcud klinik vəziyyəti cərrahi müdaxilə üçün uyğun hesab edilməyib.Hazırda Şəhlə Quliyevanın müalicəsi Reanimasiya şöbəsində multidissiplinar tibbi heyətin nəzarəti altında davam etdirilir. Yeni doğulmuş körpənin vəziyyətinin isə stabil olduğu və müvafiq tibbi nəzarətdə saxlanıldığı bildirilib.Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə və bəzi media resurslarında Şəhlə Quliyevanın vəfat etdiyi barədə məlumatlar yayılmışdı. Lakin tibb müəssisəsinin son açıqlamasında onun müalicəsinin davam etdiyi bildirilib.

Hadisə ilə bağlı araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət verilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Könül Qasımova yenidən həbs olunub

Next Article

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümüdür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sənan Əsədzadə ilə bağlı saxlanılma qərarı icra olunub.

Aysel Əlibəyli 22 May 2026 · 21:34 1156 baxış Daha əvvəl barəsində çoxsaylı şikayətlər yayılan Sənan Əsədzadə Misirin paytaxtı Cairo şəhərində saxlanılıb. Elpress.az -ın Milli.az – a istinadən verdiyi məlumata görə, o, xaricdən avtomobil gətirmək […]

Azyaşlının görüntülərini yayan şəxs 5 il həbs edildi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 11:16 1012 baxış Bakıda 14 yaşlı qızın şəxsi görüntülərini sosial şəbəkə vasitəsilə yayan şəxsə hökm oxunub. Elpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Maştağa qəsəbə sakini, 2000-ci il təvəllüdlü Saleh […]

Qaradağda 4 mindən çox qəlyan tütünü aşkarlanıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:41 1052 baxış 4263 ədəd qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb Elpress.az xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkarlanaraq qanunsuz dövriyyədən […]

Canlı yayımda söyüş söyən “tiktoker”lər saxlanılıb

Aysel Əlibəyli 29 İyul 2026 · 11:36 1084 baxış Daşkəsəndə canlı yayım zamanı nalayiq ifadələr işlədən iki “TikTok” istifadəçisi barəsində inzibati tədbir görülüb. Elpress.az xəbər verir ki, Daşkəsəndə sosial şəbəkənin canlı yayımında nalayiq ifadələr işlədən […]