--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Şəmkirçayda müasir sutəmizləmə kompleksi fəaliyyət göstərir

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:49 1064 baxış

Şəmkirçay su anbarındakı kompleks Gəncə, Şəmkir və Samuxun içməli su təminatında mühüm rol oynayır

Elpress.az xəbər verir ki, Şəmkirçay su anbarında formalaşan su ehtiyatları həm kənd təsərrüfatının suvarılmasında, həm də ölkənin qərb bölgəsində əhalinin içməli su ilə təminatında mühüm əhəmiyyət daşıyır. 2014-cü ildə istifadəyə verilən su anbarının ümumi tutumu 164 milyon kubmetrdir.Su anbarının yaxınlığında yerləşən Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksi saniyədə 1,6 kubmetr su emal etmək gücünə malikdir. Kompleks 2020-ci ilin martında istifadəyə verilib və burada suyun təmizlənməsi üçün 7 qum süzgəcindən ibarət sistem fəaliyyət göstərir. Hər bir süzgəc saatda 800 kubmetr suyun emalını təmin edir.Təmizləmə mərhələsində su əvvəlcə iri hissəciklərdən ayrılır, daha sonra zərərsizləşdirilərək süzgəclərdən keçirilir. Emal olunmuş su yenidən zərərsizləşdirildikdən sonra ümumi tutumu 7 500 kubmetr olan üç su anbarında toplanır və istehlakçılara ötürülür.Kompleksdə suyun keyfiyyətinə xüsusi nəzarət edilir. Burada bulanıqlıq, qalıq xlorun səviyyəsi, hidrogen göstəricisi, temperatur və elektrik keçiriciliyi kimi əsas parametrlər mütəmadi yoxlanılır. Süzgəclərin yuyulması prosesi isə avtomatlaşdırılmış SCADA sistemi vasitəsilə idarə olunur.Qurğunun fasiləsiz fəaliyyətini təmin etmək üçün ümumilikdə dörd su nasosu və iki kompressor quraşdırılıb. Onlardan üç nasos daimi istismar üçün, biri isə ehtiyat məqsədilə nəzərdə tutulub.Kompleksdən təmizlənən suyun müxtəlif yaşayış məntəqələrinə çatdırılması üçün geniş magistral su kəməri şəbəkəsi yaradılıb. Gəncə şəhərinə 27,5 kilometr, Şəmkir şəhərinə isə 17,5 kilometr uzunluğunda su kəmərləri çəkilib. Samuxun içməli su təminatının yaxşılaşdırılması üçün də Gəncə su anbarından şəhərə 10 kilometrlik magistral xətt inşa olunub. Bundan əlavə, Samux və Göygöl rayonlarının bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq üçün həmin xəttdən çıxışlar yaradılıb.Beləliklə, Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksi Gəncə, Şəmkir və Samux şəhərlərinin, eləcə də ətraf yaşayış məntəqələrinin içməli su ilə təminatında mühüm infrastruktur obyektlərindən biri kimi fəaliyyət göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Həkimdən kosmetik vasitələrlə bağlı xəbərdarlıq

Next Article

“44” filminin premyera tarixi açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı metrosunda havalandırma sistemi yenilənir

Aysel Əlibəyli 19 İyul 2026 · 15:57 1106 baxış Bakı metrosunda sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması istiqamətində mühüm yenilənmə işləri davam etdirilir. Elpress.az xəbər verir ki, metropolitenin stansiya və tunellərində daha 6 müasir tipli havalandırma […]

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Aysel Əlibəyli 17 İyul 2026 · 00:09 1102 baxış Bakı şəhər prokurorluğunda cari ilin birinci yarımilinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Elpress.az xəbər verir ki, müşavirədə cinayətkarlığa qarşı mübarizə, axtarışda olan və xəbərsiz itkin […]

Məktəblərdə yeni maliyyələşmə sistemi tətbiq ediləcək

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 00:21 1080 baxış Elpress.az xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi nəzərdə tutulur. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026–2027-ci tədris ilindən etibarən dövlət büdcəsindən […]

Birinci sinfə elektron qəbul prosesi yenidən başlayır

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 14:30 1064 baxış Elpress.az xəbər verir ki, 2026–2027-ci tədris ili üzrə birinci sinfə qəbul zamanı üzrlü səbəbdən gecikmiş uşaqlar üçün boş yerlərə elektron seçim imkanı yenidən yaradılacaq. Məktəb və […]