--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Aysel Əlibəyli 17 İyul 2026 · 00:09 1104 baxış

Bakı şəhər prokurorluğunda cari ilin birinci yarımilinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Elpress.az xəbər verir ki, müşavirədə cinayətkarlığa qarşı mübarizə, axtarışda olan və xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində görülən işlər, vətəndaş müraciətlərinə baxılması və prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri müzakirə olunub.

Bildirilib ki, hesabat dövründə Bakı şəhər prokurorluğuna 10 573 müraciət daxil olub, 1 299 vətəndaş qəbul edilib. Onlardan 173 nəfər Bakı şəhər prokuroru tərəfindən qəbul olunub.

Müşavirədə şəhid ailələri, itkin düşmüş şəxslərin yaxınları və sağlamlığını itirmiş vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılmasının vacibliyi xüsusi vurğulanıb. Eyni zamanda, “Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin işin operativliyinə müsbət təsir göstərdiyi qeyd olunub.

İclasda ötən illərdən bağlı qalmış qəsdən adamöldürmə cinayətlərinin açılması, cinayətlərin profilaktikasının gücləndirilməsi və daxili işlər orqanları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Bakı şəhər prokuroru Elşən Abbasov müşavirəyə yekun vuraraq, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ jurnalistindən Prezident İlham Əliyevə: “Siz əsl Sülh Adamısınız”

Next Article

Niderlandda su qıtlığı rejimi elan edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanlı jurnalistlər İsrail telekanalında olublar

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:19 1080 baxış Media-tur çərçivəsində jurnalistlər “Channel 12”nin xəbər istehsalı prosesi ilə tanış olublar Elpress.az xəbər verir ki, İsraildə keçirilən media-turda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin aparıcı kommersiya xəbər […]

Nofəl Əsədov FHN-də vəzifəyə təyin olunub

Aysel Əlibəyli 10 Oktyabr 2026 · 15:35 1104 baxış Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş verib. Polkovnik Nofəl Əsədov yeni vəzifəyə təyin edilib. Elpress.az xəbər verir ki, Nofəl Əsədov bundan əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində […]