--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Naftalanda şəhid ailələri və qazilər üçün reabilitasiya proqramı davam edir

Aysel Əlibəyli 21 İyul 2026 · 23:04 1150 baxış

Naftalan şəhərində fəaliyyət göstərən “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” şəhid ailələrinin üzvləri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi qazilərinin bərpa-müalicəsini uğurla davam etdirir.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Müasir tibbi avadanlıqlarla təchiz olunmuş mərkəzdə döyüşlər zamanı müxtəlif xəsarətlər almış qazilər və digər imtiyazlı şəxslər üçün fərdi müalicə və reabilitasiya proqramları tətbiq olunur.Hazırda sağlamlıq mərkəzində 200-ə yaxın şəxs müalicə alır.

Bildirilib ki, 2026-cı ilin əvvəlindən indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə 1400-dən çox şəhid ailəsi üzvü və qazi reabilitasiya proqramına cəlb edilib. Müalicəyə qəbul olunan şəxslər əvvəlcə tibbi müayinədən keçirilir, daha sonra sağlamlıq vəziyyətlərinə uyğun olaraq 14 günlük reabilitasiya kursunda iştirak edirlər.

Mərkəzdə əsasən dayaq-hərəkət sistemi və oynaq xəstəliklərinin müalicəsi aparılır. Reabilitasiya proqramına masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlaterapiya, ozonoterapiya, hidrokolonoterapiya və Naftalan nefti vannaları daxildir.

Qeyd olunub ki, həyata keçirilən reabilitasiya tədbirləri pasiyentlərin funksional imkanlarının bərpasına, gündəlik həyata daha rahat qayıtmalarına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Sabah” Çempionlar Liqasında qələbə ilə başladı

Next Article

151 illik yol: Azərbaycan mətbuatı milli sözün və həqiqətin keşiyində

Bəlkə də, sizin üçün maraqlı olar ...;

TƏBİB-də yeni təyinat – şöbə müdiri vəzifəsinə gətirildi

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 05:47 1088 baxış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrlə Vaqif Əhmədov qurumun […]

Təcili Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edildi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 16:42 1062 baxış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində rəhbər dəyişikliyi baş verib. Elpress.az xəbər verir ki, Oqtay İsmət oğlu Gözəlov Mərkəzin yeni direktoru təyin olunub. O.Gözəlov əmək […]

Azərbaycan hərbçilərinə 4 aylıq ingilis dili təlimi

Aysel Əlibəyli 25 Avqust 2026 · 18:52 1066 baxış Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzində hərbi qulluqçular üçün ingilis dili kursuna start verilib. Elpress.az xəbər verir ki, kurs ABŞ […]