--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Əmrah Həsənli: Süni intellekt dövründə savadlılıq anlayışı dəyişir

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:52 1050 baxış

Ekspert: Müasir savadlı insan informasiyanı yoxlamağı və onu düzgün tətbiq etməyi bacarmalıdır

Elpress.az xəbər verir ki, Sentyabrın 8-də qeyd olunan Beynəlxalq Savadlılıq Günü müasir texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə savadlılıq anlayışının dəyişən məzmununu yenidən gündəmə gətirir.Təhsil eksperti Əmrah Həsənlinin sözlərinə görə, süni intellektin istənilən məlumatı qısa müddətdə təqdim edə bilməsi savadlılığın əsas göstəricisinin çoxlu informasiya bilməkdən daha çox, həmin informasiyanı düzgün seçmək və qiymətləndirmək bacarığı olmasını şərtləndirir.O bildirib ki, müasir savadlı insan süni intellektə düzgün suallar verməyi, əldə etdiyi cavabların etibarlılığını yoxlamağı, mümkün səhv və qərəzləri müəyyənləşdirməyi və məlumatı real problemlərin həllində tətbiq etməyi bacarmalıdır.Ekspert hesab edir ki, süni intellektin təhsildə geniş istifadəsi şagird və tələbələrin müstəqil düşünmə qabiliyyətinin qorunmasını xüsusilə vacib edir. Hazır cavablara həddindən artıq güvənmənin qarşısını almaq üçün tədrisdə əzbərçilik və mexaniki tapşırıqlar əvəzinə probleməsaslı öyrənmə, debat, analitik təhlil və layihə işlərinə üstünlük verilməlidir.Ə.Həsənli qeyd edib ki, şagirdlərə süni intellektin hazırladığı cavabları olduğu kimi qəbul etmək əvəzinə, həmin cavabları araşdırmaq, səhvləri aşkar etmək və təkmilləşdirmək tapşırılmalıdır. Onun fikrincə, texnologiya insanın əvəzinə düşünən vasitə deyil, düşünmə və yaradıcılıq imkanlarını inkişaf etdirən alət kimi istifadə olunmalıdır.Təhsil eksperti rəqəmsal və etik savadlılığın da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O hesab edir ki, süni intellektdən istifadənin qadağan edilməsi əvəzinə, gənclərə bu texnologiyadan məsuliyyətli və düzgün yararlanma qaydaları öyrədilməlidir. Eyni zamanda akademik dürüstlük, müəlliflik, plagiat, rəqəmsal iz və alqoritmik qərəzlilik kimi məsələlər barədə şagirdlərə erkən yaşlardan məlumat verilməsinin vacibliyini bildirib.Ə.Həsənlinin sözlərinə görə, müəllimlərin öz rəqəmsal bacarıqlarının artırılması da bu prosesin mühüm hissəsidir. Müasir müəllim süni intellektin imkanlarını və məhdudiyyətlərini bilməli, əldə olunan məlumatların yoxlanılması və etik istifadəsi ilə bağlı düzgün yanaşmanı şagirdlərə aşılamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xaricdə yaşayan azərbaycanlı din xadimləri Şuşaya gəlib

Next Article

Naxçıvanda sentyabr pensiyaları ödənilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xəzərdə nöqsanlara görə vəzifəli şəxslərə intizam tədbirləri görülüb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 11:38 1076 baxış Xəzər rayonunda abadlıq, yaşıllaşdırma və payız-qış mövsümünə hazırlıq işlərinə nəzarətlə bağlı müşavirə keçirilib. Aşkar olunan çatışmazlıqlara görə bəzi qəsəbələrin inzibati ərazi dairələri üzrə nümayəndələrinə intizam tədbirləri […]

Milli Məclis büdcənin icrası haqqında qanunu qəbul etdi

Aysel Əlibəyli 30 İyun 2026 · 11:37 1180 baxış Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, 2025-ci il dövlət büdcəsinin icrası […]

Bakının əsas yollarında sıxlıq müşahidə olunur – SİYAHI

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 08:46 1070 baxış Elpress.az bildirir ki, paytaxtın bir sıra əsas küçə və prospektlərində səhər saatlarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, hazırda aşağıdakı […]