--:--:-- | 13 Avqust 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Milli Məclis büdcənin icrası haqqında qanunu qəbul etdi

Aysel Əlibəyli 30 İyun 2026 · 11:37 1128 baxış

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, 2025-ci il dövlət büdcəsinin icrası üzrə gəlirlər 39 milyard 184 milyon 560,9 min manat, xərclər isə 38 milyard 604 milyon 559,6 min manat məbləğində müəyyən edilib.

Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Parlamentdə aparılan müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, dövlət büdcəsinin icrası haqqında qanun ölkənin ötən il ərzində gəlir və xərclərinin yekun nəticələrini əks etdirən əsas maliyyə sənədlərindən biri hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Anar Bayramov işğaldan azad olunan ərazilərdəki tibb müəssisələrində olub

Next Article

Göyçayda yol-nəqliyyat hadisəsi: avtomobil su kanalına düşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Valideynlərin uşaqlar arasında favorit seçdiyi iddia olunur

Aysel Əlibəyli 30 İyul 2026 · 16:28 1022 baxış Araşdırmalara görə, valideynlər bəzən uşaqlarından birinə digərləri ilə müqayisədə emosional olaraq daha yaxın ola bilirlər. Elpress.az xəbər verir ki, Psychology Today jurnalının istinad etdiyi araşdırmalarda valideynlərin […]