--:--:-- | 20 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

ADY dəmir yolu xətlərini xüsusi diaqnostika qatarı ilə yoxlayır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 18:02 1042 baxış

Azərbaycan Dəmir Yolları QSC (ADY) dəmir yolu infrastrukturunun təhlükəsizliyini təmin etmək məqsədilə xətlərin texniki vəziyyətini mütəmadi olaraq yoxlayır.


Elpress.az xəbər verir ki, müasir diaqnostika sistemləri ilə təchiz edilmiş xüsusi qatar vasitəsilə relslər arasındakı məsafə, relslərin səviyyəsi, şpallar və bərkidicilərin vəziyyəti nəzarətdə saxlanılır.
Elektrikləşdirilmiş xətlərdə kontakt şəbəkəsinin texniki vəziyyəti də xüsusi avadanlıqlar vasitəsilə yoxlanılır. Ultrasəs aşkarlama sistemi ilə təchiz edilmiş diaqnostika qatarı dəmir yolu infrastrukturuna ayda iki dəfə kompleks baxış keçirir.
Yoxlamalar zamanı hər hansı qüsur və ya uyğunsuzluq aşkarlandıqda, onun dəqiq yeri aidiyyəti mütəxəssislərə bildirilir. Daha sonra əraziyə baxış keçirilir və problemin xarakterindən asılı olaraq relslərin dəyişdirilməsi, xəttin həndəsi parametrlərinin bərpası, ballast qatının yenilənməsi və digər texniki işlər görülür.
ADY bildirir ki, diaqnostika qatarının fəaliyyəti mümkün nasazlıqların erkən mərhələdə aşkarlanmasına və operativ şəkildə aradan qaldırılmasına, nəticədə qatarların təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yasamalda uşaq bağçası ilə bağlı iddia araşdırılır

Next Article

Azərbaycan və NATO minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

108 illik fədakarlıq yolu: İnsanların təhlükəsizliyi naminə

Aysel Əlibəyli 02 İyul 2026 · 16:03 1094 baxış Elpress.az-dan Azərbaycan Polisi Gününə həsr olunan xüsusi təbrik. Bəzən təhlükəsizlik səssiz qəhrəmanların əməyinin nəticəsi olur. Küçələrdəki rahatlıq, insanların evlərinə arxayın qayıtması, asayişin qorunması görünməyən, amma hər […]

Şəhərətrafı qatarların cədvəli dəyişdirilir

Aysel Əlibəyli 24 Avqust 2026 · 20:12 1034 baxış Xırdalan–Biləcəri yolunda təmir işləri səbəbindən qatarların hərəkətində müvəqqəti dəyişiklik olacaq Elpress.az xəbər verir ki, Xırdalan–Biləcəri dəmir yolu sahəsində aparılan təmir işləri ilə əlaqədar şəhərətrafı qatarların hərəkət […]

Füzulidə aerokosmik festival gəncləri bir araya topladı

Aysel Əlibəyli 26 İyul 2026 · 19:24 1062 baxış Füzuli Beynəlxalq Hava Limanında keçirilən “Aerokosmik Modelçilik Festivalı 2026” gənclərin texniki bacarıqlarını nümayiş etdirdiyi və innovativ ideyalarını təqdim etdiyi maraqlı tədbirlə yadda qalıb. Elpress.az xəbər verir […]