Elpress.az xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində yaşayan və təhsil alan azərbaycanlı gənclər üçün şəbəkələşmə tədbiri təşkil olunub.
“Meet & Greet” formatında keçirilən görüşdə 40-a yaxın azərbaycanlı gənc iştirak edib.
Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Cavid İsmayılov və ASAP-ın idarə heyətinin üzvü Mirgünay Bayramova çıxış ediblər.
Çıxışlarda Azərbaycan gənclərinin beynəlxalq platformalarda fəal iştirakı, dövlət gənclər siyasəti çərçivəsində həyata keçirilən layihələr və ABŞ-də təhsil alan azərbaycanlıların ölkəmizi layiqincə təmsil etməsinin əhəmiyyəti vurğulanıb.
Tədbir zamanı ASAP-ın Nyu-York nümayəndəsi Elman Gözəlov təşkilatın fəaliyyəti, gənclərə təqdim olunan imkanlar və yaxın aylarda reallaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verib.
Görüşün sonunda iştirakçılar arasında qarşılıqlı fikir və təcrübə mübadiləsinə imkan yaradan şəbəkələşmə sessiyası keçirilib.
Nyu-Yorkda azərbaycanlı gənclərin iştirakı ilə görüş keçirilib



