--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Belarusda yaşayan azərbaycanlıya dövlət medalı təqdim olunub

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:32 1042 baxış

Elpress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Maksim Tank adına Belarus Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fuad İbrahimovla görüşüb.

Görüş zamanı xaricdə yaşayan azərbaycanlıların fəaliyyətindən, diaspor təşkilatlarının Azərbaycan həqiqətlərinin və milli-mədəni irsimizin təbliğində rolundan danışılıb.Fuad Muradov soydaşlarımızın yaşadıqları ölkələrin ictimai həyatında fəal iştirak etdiklərini və Azərbaycanla digər dövlətlər arasında əlaqələrin inkişafına töhfə verdiklərini qeyd edib.Daha sonra Fuad İbrahimova Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.

Fuad İbrahimov göstərilən diqqətə görə təşəkkürünü bildirib və gələcəkdə də Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, eləcə də ölkələrarası əlaqələrin inkişafı istiqamətində səylərini davam etdirəcəyini deyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Balakəndə qarğıdalı sahəsindən külli miqdarda narkotik götürülüb

Next Article

Təbriz-İrəvan aviareysləri bərpa edilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Aysel Əlibəyli 05 İyun 2026 · 10:50 1183 baxış Tacikistanın paytaxtı Düşənbə şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul baş tutub. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Tacikistanın […]

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirib

Aysel Əlibəyli 28 İyun 2026 · 15:32 1172 baxış Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib. Səfər çərçivəsində Zakir Fərəcov Lüdviqshafen şəhərinin meri, professor Klaus Blattnerlə […]