--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda küçənin ortasında baş verən qətlin dəhşətli təfərrüatları üzə çıxdı

Aysel Əlibəyli 09 İyul 2026 · 21:00 1146 baxış

Elpress.az xəbər verir ki, hadisə bu gün “Şamaxinka” adlanan ərazidə qeydə alınıb. İlkin məlumata görə, 43 yaşlı Zaur Qəhrəmanov küçədə keçmiş həyat yoldaşı, 44 yaşlı Amalya Qəhrəmanovaya ov tüfəngi ilə atəş açıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisədən dərhal sonra Zaur Qəhrəmanovun da eyni silahla özünə atəş açdığı bildirilir. Yaralı vəziyyətdə olan şəxs polis əməkdaşlarının müşayiəti ilə xəstəxanaya çatdırılıb.

Elpress.az -ın TƏBİB in mətbuat xidmətindən aldığı məlumata görə Zaur Qəhrəmanov müştərək travma diaqnozu ilə Kliniki Tibb Mərkəzinə hospitalizasiya olunub. Ona gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları qoyulub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Qadının ölüm faktı isə təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində qeydə alınıb.

Hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi ehtimal edilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hadisənin bütün təfərrüatları araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda dəhşətli olay: Kişi qadını güllələdi, sonra özünə atəş açdı

Next Article

Zakir Həsənov Səlcuq Bayraktarla görüşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda soyğunçuluq edən gənc saxlanılıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:23 1046 baxış Nəsimi rayonunda zor tətbiq etməklə pul alan 22 yaşlı şübhəli tutulub Elpress.az xəbər verir ki, Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. Hadisə zamanı naməlum şəxs […]

Ağdamda Allahverdi Bağırovun xatirəsi anılıb

Aysel Əlibəyli 12 İyun 2026 · 19:25 1134 baxış Ağdam rayonunda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə onun ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, YAP Ağdam rayon […]

140A marşrutu nağdsız ödəniş sisteminə keçir

Elşən 23 Aprel 2026 · 18:27 1143 baxış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, 140A nömrəli marşrut xəttində ödəniş sistemi yenilənir. Belə ki, Lökbatan qəsəbəsi ilə Xırdalan şəhərini birləşdirən bu şəhərətrafı xəttdə artıq yalnız nağdsız […]