--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

XİN-dən Azərbaycan vətəndaşlarına vacib çağırış

Aysel Əlibəyli 09 İyun 2026 · 10:40 1178 baxış

Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna və Yaxın Şərqdə davam edən silahlı qarşıdurmalar fonunda vətəndaşlara müraciət edib.

Elpress.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda hazırkı beynəlxalq təhlükəsizlik şəraitində müxtəlif regionlarda, xüsusilə Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələrin qlobal sülh və təhlükəsizlik üçün ciddi risk yaratdığı vurğulanıb.Qeyd edilib ki, son dövrlərdə həmin ərazilərdə olan Azərbaycan vətəndaşlarının hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli xəsarətlər alması halları müşahidə edilir. Nazirlik bunun münaqişə zonalarında təhlükəsizlik risklərinin yüksək səviyyədə qaldığını göstərdiyini bildirib.XİN vətəndaşlara xaricə səfər etməzdən əvvəl gedəcəkləri ölkələrdəki vəziyyəti diqqətlə araşdırmağı, rəsmi qurumların xəbərdarlıqlarını nəzərə almağı və hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaq durmağı tövsiyə edib.Bəyanatda həmçinin vurğulanıb ki, Azərbaycan vətəndaşlarının muzdlu və ya könüllü şəkildə xarici ölkələrin ərazisində silahlı münaqişələrdə iştirak etməsi qanunvericiliyə əsasən cinayət məsuliyyəti yaradır.Nazirlik bildirib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vətəndaşların hüquq və maraqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirir. Bununla yanaşı, hər bir şəxsin öz təhlükəsizliyinə məsuliyyətlə yanaşmasının vacibliyi qeyd olunub.Xarici İşlər Nazirliyi beynəlxalq vəziyyətlə bağlı prosesləri izləməyə davam etdiyini də bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvan büdcəsinə vergi axını yüksəldi

Next Article

Azərbaycanda yağın qiyməti kəskin artdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Qurban Qurbanovu “Dostluq” ordeni ilə təltif edib

Aysel Əlibəyli 19 İyun 2026 · 18:58 1168 baxış Azərbaycan Prezidenti İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib. Elpress.az xəbər verir ki, təltif Azərbaycan ilə Dağıstan arasında dostluq münasibətlərinin və […]

Media və Yayım Şurası Azərbaycanla bağlı iddialara münasibət bildirib

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 13:38 1076 baxış Almaniyanın keçmiş kəşfiyyat rəhbəri August Hanninglə bağlı araşdırma çərçivəsində Azərbaycanın adının hallandırılması rəsmi Bakıda narazılıq doğurub. Azərbaycan Media və Yayım Şurası yayılan məlumatları əsassız və dezinformasiya […]

Deputatdan məktəbli forması müzakirələri ilə bağlı Türkiyəyə mesaj

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 17:14 1072 baxış Azərbaycan və Türkiyə arasında məktəbli geyimi ilə bağlı müzakirələr fonunda deputat iki ölkənin strateji münasibətlərinin ayrı-ayrı şəxslərin açıqlamalarından təsirlənməməli olduğunu bildirib. Elpress.az xəbər verir ki, bu […]

Yardımlı rayonunun icra başçısı vəzifəsindən azad edildi

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 16:27 1100 baxış Elpress.az xəbər verir ki, Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, […]