Ceyhun Bayramov: Delimitasiya üzrə komissiyalar arasında mütəmadi görüşlər keçirilir
Elpress.az xəbər verir ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası prosesinin şimaldan cənuba doğru davam etdirilməsi barədə razılığa gəlib.Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, proses Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq cənub istiqamətində aparılacaq.Nazirin sözlərinə görə, delimitasiya üzrə dövlət komissiyalarının tərkibində dəyişiklik olmayıb. Azərbaycan tərəfinin komissiyasına Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir. Tərəflərin komissiyaları arasında mütəmadi görüşlər keçirilir və müxtəlif məsələlər müzakirə olunur.Ceyhun Bayramov qeyd edib ki, indiyədək komissiyalar arasında çoxsaylı görüşlər baş tutub, onların fəaliyyətini tənzimləyən bir sıra sənədlər həm Azərbaycanda, həm də Ermənistanda qəbul edilərək təsdiqlənib.XİN rəhbəri vurğulayıb ki, sərhədin daha mürəkkəb hesab olunan şimal hissəsindən başlayaraq cənuba doğru delimitasiya işlərinin aparılması ilə bağlı tərəflər arasında qarşılıqlı anlaşma mövcuddur.Bayramov əlavə edib ki, ayrı-ayrı yaşayış məntəqələri və digər spesifik məsələlər delimitasiya komissiyalarının fəaliyyəti çərçivəsində mərhələli şəkildə müzakirə olunacaq və onların həlli istiqamətində iş aparılacaq.


