--:--:-- | 15 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Tramp: ABŞ və İran arasında saziş sabah imzalana bilər

Aysel Əlibəyli 13 İyun 2026 · 23:59 1100 baxış

ABŞ Prezidenti Donald Trump İranla əldə olunan razılaşmanın iyunun 14-də imzalanmasının planlaşdırıldığını açıqlayıb.

Elpress.az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.Tramp bildirib ki, hazırkı razılaşma nüvə silahlarının yayılmasının qarşısını almağa yönəlib və keçmişdə imzalanan nüvə sazişindən fərqli olaraq daha sərt təhlükəsizlik mexanizmlərini ehtiva edir.ABŞ liderinin sözlərinə görə, Tehran nüvə silahına malik olmayacaq və belə bir proqramın həyata keçirilməsinə imkan verilməyəcək. O qeyd edib ki, sazişin qüvvəyə minməsindən sonra Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün tam açıq olması gözlənilir.Tramp həmçinin Vaşinqton və Tehran arasında münasibətlərin əvvəlki dövrlərlə müqayisədə daha konstruktiv məcrada inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ gələcəkdə İran və region ölkələri ilə əməkdaşlığın genişlənməsində maraqlıdır.Ağ Ev rəhbəri əlavə edib ki, razılaşma çərçivəsində zənginləşdirilmiş uranın İrandan çıxarılması da nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlon Maskın sərvətini saymaq üçün 31 min ildən çox vaxt lazımdır

Next Article

“Hər şeyi etdik, yalnız qol çatmadı”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bişkekdə ŞƏT sammiti üçün təhlükəsizlik tədbirləri gücləndirilib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:23 1024 baxış Qırğızıstan paytaxtında 15 minə yaxın təhlükəsizlik əməkdaşı gücləndirilmiş rejimdə xidmət aparır Elpress.az xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədar Qırğızıstanın paytaxtı Bişkekdə təhlükəsizlik tədbirləri […]

“Eternity-2026” təliminə hazırlıq tamamlanıb

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:17 1042 baxış Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirak etdiyi təlim üzrə yekun konfrans keçirilib Elpress.az xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Eternity-2026” […]

Trampa qarşı Ankarada sui-qəsd iddiası

Aysel Əlibəyli 14 Avqust 2026 · 17:57 1038 baxış ABŞ Prezidenti Donald Trampa Ankarada səfəri zamanı mümkün sui-qəsd hazırlanması barədə məlumatın İran tərəfindən göndərilən informasiyanın ələ keçirilməsi nəticəsində əldə edildiyi iddia olunur. Elpress.az xəbər verir […]